AXİRƏT İNANCININ HƏYAT TƏRZİNƏ TƏSİRİ
Mьəllif: admin1
Tarix: 7-02-2017, 11:15
AXİRƏT İNANCININ HƏYAT TƏRZİNƏ TƏSİRİ

Dini dünyagörüşün, yəni dindarlığın əsaslarından biri ölümdən sonrakı həyatın varlığına inanmaqdır.
İslam dininin əsaslarından biri axirət inancıdır. Peyğəmbər təlimlərinin ruhunu təşkil edən bu inanc haqqında ayə və rəvayətlər çoxdur. Bir çox ayələrdə dünya və axirət həyatı müqayisə olunur.
Məada ‒ ölümdən sonra həyatın varlığına iki baxış mövcuddur; bəziləri iddia edirlər ki, ölüm sondur, ikinci baxış isə ölümdən sonra əbədi həyatın varlığına dəlillər gətirir.
Dini dünyagörüşün, yəni dindarlığın əsaslarından biri ölümdən sonrakı həyatın varlığına inanmaqdır. Hətta peyğəmbərliyə inanmayan bəzi dinlər də ölümdən sonrakı həyatı qəbul edir. Arxeoloji qazıntılardan alınmış nəticələr sübut edir ki, min illər əvvəl yaşamış insanlarda axirət inancı olub. Onların qəbirlərində axirətdə istifadə etmələri üçün qoyulmuş əşyalar tapılıb. Dini fəlsəfə insanı inandırır ki, yaşadığımız dünya əsl əbədi həyat üçün bir müqəddimədir. Dünya həyatı körpənin ana bətnində keçirdiyi həyata bənzəyir. Bu körpə elə bağlı bir mühitdədir ki, xaricdə daha geniş bir dünyanın olduğunu hiss edə bilməz.
Quran insanı öyrədir ki, bir mövzuya diqqətli olmaq üçün ona təkrar-təkrar qayıtmaq lazımdır. Namazda ilahi ayələrin təkrarlanması bu deyilənə bir sübutdur. Uyğun olaraq Quran insana axirət mövzusunu təkrar-təkrar xatırladır. «Ənkəbut» surəsinin 64-cü ayəsində buyurulur: «Bu dünya həyatı əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə şübhəsiz ki, əbədi həyatdır». Başqa bir yerdə buyurulur: «O gün vay halına (axirəti) yalan sayanların». («Mursəlat» surəsi, ayə 24.)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930