Ölümdən sonrakı aləm
Mьəllif: admin1
Tarix: 13-10-2021, 11:09
Ölümdən sonrakı aləm

İnsan dünyasını dəyişdikdən sonra, onun sürəcəyi həyat, Qiyamət, Behişt və Cəhənnəm, bizim təsəvvür etdiyimiz kimi deyil, həqiqətdə ondan daha da, üstün şəkildədir.

Quran buyurur: "Heç kəsin xəbəri yoxdur ki, gördüyü yaxşı işlərə görə onun üçün (yaxşılar üçün) qeyb aləmində gözləri işıqlandıran necə mükafat yığılıbdır!” (Səcdə, 17)

Peyğəmbər (s.ə)-in məşhur hədisində belə buyurulur: Allah-təala buyurur: "Mən öz saleh əməlli bəndələrim üçün gözlərin indiyədək görmədiyi, qulaqların eşitmədiyi və indiyədək ürəklərə dammayan nemətlər hazırlamışam! (Axirət nemətləri)17

Doğrusu, biz bu məhdud dünyada, ana bətnində olan uşağa bənzəyirik. Ana bətnində olan uşaq, əgər ağıla və düşüncəyə malik olsa, anasının bətnindən kənarda olan varlıqlar.

Həqiqətlər haqqında (məsələn; günəş, ay, sərinlik, əsrarəngiz güllər, dəniz ləpələri) düzgün fikir yürüdə bilməz! Yaşadığımız dünya da, axirət dünyası ilə müqayisədə, belədir.

Məad və əməl kağızlarımız

Bizim etiqadımıza əsasən Qiyamət günü, əməl namələrimizi (nameyi-əməl)−yaxşı və pis əməllərin yazıldığı kağız-səhifələr) əllərimizə verərək, etdiyimiz işlərə görə sorğu-sual edəcəklər.

Yaxşı əməl sahiblərinin əməl kağızını, onların sağ əlinə, pis əməlli insanların əməl naməsini isə sol əlinə verəcəklər.

Saleh möminlər öz əməl namələrini oxuduqda çox şad, lakin pis insanlar isə əməl namələrini oxuduqda narahat olacaqlar. Əl-haqqə surəsi, 19-25-ci ayələrdə oxuyuruq:

Nameyi-əmalı sağ əlinə verilən kəs deyər: "Mənim naməmi alın oxuyun! Mən qəti bilirdim ki, öz hesabımı görəcəyəm” O gözəl bir yaşayışda olacaqdır!...

Lakin hər kəsin nameyi-əmalını sol əlinə versələr, deyər; "Kaş mənim naməmi əlimə verməyəydilər! Və bilməyəydim mənim hesabım nədir.”

Amma nameyi-əmal nədir? Necə bir yazıdır ki, heç kəs onun möhtəvasını inkar edə bilməz? Bütün bunların həqiqəti bizə tam şəkildə aydın deyildir.

Əslində, əvvəldə işarə etdiyimiz kimi məad və Qiyamətin bir çox həqiqətlərinin, xüsusiyyətlərinin bəzi məsələləri bizə tam aşkar deyildir. Və onları olduğu kimi anlamaq qeyri-mümkündür. Amma ümumi surətdə, biz, Məad və Qiyamətin hadisələrindən (məlumatlıyıq) xəbərdarıq.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930