Ömrün nəticəsi əbədi behişt və ya cəhənnəmdir
Mьəllif: admin1
Tarix: 25-09-2016, 21:12
Ömrün nəticəsi əbədi behişt və ya cəhənnəmdir

Körpə ana bətnində doqquz ay qalmaqla dünya həyatına hazırlaşdığı kimi, bizim də bu qısa dünya həyatımız əbədi bir həyat üçün hazırlıqdır.
İmam Sadiqin (ə) nəsihətlərindən

Günahdan çəkinmək. İnsan günah barədə dərindən düşünməli və onun mahiyyətini dərindən dərk etməlidir. Etiqadımıza əsasən Allah bizi yaratmış, yaxşı və pis yolu tanıtdırmaqla hansını seçməyi öz ixtiyarımızda qoymuşdur. İnanırıq ki, bu dünyadan sonra başqa bir aləm də var və orada insan yaxşı əməllərinin mükafatını və pis əməllərinin cəzasını alacaqdır. Bu inam səbəbindən insan öz ömür sərmayəsindən lazımınca istifadə etməlidir. Biz bu dünyaya imtahan olunmaq, özünütərbiyə mərhələlərini keçib, kamilliyə çatmaq üçün gəlmişik. Ömrün nəticəsi əbədi behişt və ya cəhənnəmdir.

İnsanın dünya həyatı körpənin ana bətnindəki həyatına bənzəyir. Körpə ana bətnində doqquz ay qalmaqla dünya həyatına hazırlaşdığı kimi, bizim də bu qısa dünya həyatımız əbədi bir həyat üçün hazırlıqdır. Sadəcə, ana bətnindəki körpədən fərqli olaraq, bizim dünyadakı təkamülümüz özümüzdən asılıdır. Eləcə də, körpənin gələcəyi dünya həyatı öz müddətinə görə bizim gedəcəyimiz axirət həyatı ilə müqayisə oluna bilməz.
Din dünyanı özünütərbiyə məkanı kimi tanıtdırır. İnsan bu məkanda əbədi həyat üçün hazırlıq görməlidir. Dünya həyatına bu nöqteyi-nəzərdən baxanlar hər dəqiqəsini gələcək axirət dünyası üçün faydalı bilirlər. İstənilən hər hansı başqa bir nəzər və ya fəaliyyətsizlik əbədi bədbəxtliklə nəticələnir.

Nöqsanları aradan qaldırmaq barədə düşünək. Müamilədən qazanc götürməmək, müamilədə zərərə düşməkdən fərqlənir. Birinci halda sərmayə yerindədirsə, ikinci halda sərmayə əldən çıxmışdır. Günah ikinci müamilənin oxşarıdır. Ömrünü əldən verib əbədi əzaba düçar olmaq!
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031