Qiyamətin şahidləri necə şəhadət verəcəkdir?
Mьəllif: admin1
Tarix: 25-07-2022, 23:28
Qiyamətin şahidləri necə şəhadət verəcəkdir?
Görəsən, Qiyamətin şahidləri necə şəhadət verəcəkdir? Quran bizə bu sualla bağlı dəqiq məlumat vermir, ancaq məlum olan budur ki, Allah, peyğəmbərlər (ə) və İmamlar (ə) insanların əməllərindən kamil surətdə agah olacaqlar.

Quran bədən üzvlərinin şəhadəti barəsində buyurur: "Onlar öz (bədənlərinin günahda birbaşa iştirak etmiş) dərilərinə deyərlər: «Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?».

(Dəriləri) deyərlər: «Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı. Sizin hamınızı ilk dəfə O, yaradıb və indi (də) Ona tərəf qaytarılırsınız»”. ("Fussilət” 21).

Bədən üzvlərinin necə dilə gəlməyi ilə bağlı bir neçə nəzər vardır ki, onlara nəzər salaq.

1. Allah Təala Qiyamət günü hər bir bədən üzvünə dərk, şüur və danışmaq qabiliyyətini verəcəkdir. O kəs ki, dili danışdıra bilir, qalan bədən üzvlərini də danışdıra bilər.

2. Onlara dərk və şüur verilməz, ancaq Allah onları danışmağa vadar edər.

3. Hər bir bədən üzvü sahibinin etdiyi əməlləri özündə saxlayar.

Çünki aləmdə heç bir əməl aradan getməz. Əsəri hər bir bədən üzvünün üzərində qalar. Həmin gün aşkar olmaq günü olduğu üçün, bu əsərlər insanın dərisində, əl və ayaqlarında zahir olar. Onların zahir olması şəhadət verməsi deməkdir.

Yerin, göyün necə şəhadət verəcəyi ilə bağlı isə məlumat yoxdur. Onlar dünyada insanla birlikdə olduqları üçün, Allah hər bir şeyi dilə gətirməyə qadir olduğu kimi, onları da dilə gətirəcəkdir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930