İnsanın bu dünyada az və ya çox yaşaması mühüm deyildir; mühüm odur ki, insan kimi yaşasın
Mьəllif: admin1
Tarix: 20-03-2016, 20:12
İnsanın bu dünyada az və ya çox yaşaması mühüm deyildir; mühüm odur ki, insan kimi yaşasın

Qurani-Kərimdə buyurulur: “Əlbəttə (ki,) sən onları (uzun) ömür sürməyə bütün insanlardan – hətta (Allaha)şərik qoşanlardan – həris görərsən! Onların hər biri min il yaşamaq istəyər, halbuki, həmin uzun ömür onu(cəhənnəm) əzab(ın)dan uzaqlaşdıran deyildir. Allah onların etdiklərini görəndir”. (“Bəqərə” 96).
Quranın nəzərinə görə, insanın bu dünyada az və ya çox yaşaması mühüm deyildir; mühüm odur ki, ayıq olsun, dindar olsun, təqvalı olsun. (Tebyan)
Bu dünya başdan-başa imtahanla doludur və insanın hünəri onda olmalıdır ki, bu imtahanlarda yaxşı cavablar verib, qalib olsun. İnsanın ömrü hər nə qədər uzun olarsa, imtahanlarının sayı da bir o qədər çox olar.
Qurani-Kərimin bir çox ayələrində belə işarələrdən istifadə edilir və söz birbaşa deyilmir.
Bəzən elə olur ki, insan dostunun eybini görür və bunu onun üzünə birbaşa söyləmək istəmir. Ona deyir ki, mənim əvvəllər bir dostum var idi və onun belə bir eybi var idi ki, aradan qaldırsaydı, yaxşı olardı. Əgər bu eybi ona birbaşa desəydi, bəlkə də fitnəyə və aralarının pozulmasına səbəb olardı.
Təbiidir ki, bu cür nəsihət vermək daha faydalı və təsirlidir. Quran da buyurur ki, filankəslər belə etmişdilər, yəni sən də belə edirsənsə, bu işdən çəkin.
Ona görə də deyə bilərik ki, bu dünyada nə qədər yaşayacağımız Allahdan asılıdır. Bizim əliizdən gələn budur ki, yaşadığımız bu müddətdə dünyadan daha çox bəhrə aparaq. Axirətimizi abad edək və azuqə toplayaq. Mühüm olan budur ki, bizə verilən zaman nemətini düzgün tənzimləyək. Ömrümüzdən gedən hər dəqiqə və saniyə bizi ölümə daha da yaxınlaşdırar və bu dəqiqələr bir daha geri qayıtmayacaqdır. Ona görə də ömrümüzün qalan fürsətlərindən İlahi itaət və ibadət yolunda istifadə edək və bacardığımız qədər saleh əməl edək ki, bu dünya fanidir və bir gün sona çatacaqdır. Cavidanlıq isə axirətə aiddir.
“Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün Bərzəx aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir)”. (“Naziat” 46).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930