Qiyamət günü Yerin danışması necə olacaqdır?
Mьəllif: admin1
Tarix: 21-02-2018, 21:27
Qiyamət günü Yerin danışması necə olacaqdır?
Qurani-Kərim buyurur: “Yer özünəməxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman. Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman Və (onun köksündən çıxan)insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!» - deyəcəyi zaman. Məhz o gün yer öz xəbərlərini açıb söyləyər.

(Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar). Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir”. (“Zəlzələ” 1-5).

Bu ayələr Qiyamət gününün başlanğıcına işarə edən ayələrdəndir ki, yerin necə titrəyəcəyinə, dağların necə tökülüb aradan gedəcəyinə işarə edir. Qiyamət gününün zəlzələsi deyildikdə, adi zamanlarda baş verən zəlzələ nəzərdə tutulmur. Belə ki, bu zəlzələ - daha şiddətli zəlzələdir.

Bu ayə buyurur ki, torpaq öz qiymətli yüklərini bayıra çıxardır. Bu ayənin məqsədi nədir? Təfsirçilərin nəzərinə görə, zəlzələ baş verən zaman torpağın dərinliklərində olan dəyərli mineral xəzinələr üzə çıxacaqdır. Bu da dünyapərəstləri pərişan edəcəkdir.

Bəzi təfsirçilərin nəzərinə görə isə zəlzələ nəticəsində qəbirlərdəki insanların bədənləri torpağın üstünə töküləcəkdir.

Qiyamətin başlanğıcında insanların hamısı – istər mömin olsun, istərsə də kafir – dilə gələcəkdir və deyəcəklər: “Yerə nə olmuşdur ki, bu qədər titrəyir və özündə saxladıqlarını bayıra çxıardır?”.

Bəli, bu torpaq indiyə qədər aram və sakit idi. Qiyamətin başlanması ilə hərəkətə gələr ki, bu da insanları dəhşətə salar.

Bəs Yerin danışması nə deməkdir?

Yer Allahın izni ilə dilə gələcək və insanların yaxşı və pis əməllərini ifşa edəcəkdir. İnsanların əməli yerin səhifəsində zahir olacaqdır. Baxmayaraq ki, bu səhifəni bu gün görə bilmirik, ancaq insan barmağının qoyduğu iz kimidir. İnsanın etdiyi bütün əməllərin izini özündə saxlayar.

Həzrət Peyğəmbər (s) buyurur: “Yer, insanın bütün yaxşı və pis işlərinə şəhadət verəcəkdir. Hətta onun dəqiq gününü müəyyən edəcəkdir”.

İmam Əli (ə) buyurur: “Yerin müxtəlif yerlərində namaz qılın. Çünki Qiyamət günü hər torpaq parçası onun üstündə namaz qılan haqqında şəhadət verəcəkdir”.

Beləliklə deyə bilərik ki, Qiyamətin başlanması dəhşətli bir səhnə olacaqdır. Yer o qədər titrəyəcəkdir ki, üzərində olanları dağıdacaq, daxilində olanları üzə çıxardacaqdır. Yer insanın bütün əməllərinə görə şəhadət verəcəkdir. Çünki Yer – İlahi vəhyin itaətçisidir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031