Ali Dini Rəhbər: “Xalq çox təhlükəli hiyləni zərərsizləşdirdi”
Mьəllif: admin1
Tarix: 27-11-2019, 21:01
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: “Xalq çox təhlükəli hiyləni zərərsizləşdirdi”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İran xalqının həqiqətən bir daha güclü və böyük olduğunu sübut etdiyini bildirib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Bəsic həftəsi münasibətiylə bu gün Bəsic (Səfərbərlik) təşkilatının komandiri və üzvlərini qəbul edən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, İrandakı son qarışıqlıqlara toxunaraq, belə deyib:

“Böyük pul xərcləndi. Fürsətdən istifadə edib çox təhlükəli, geniş və dərin bir süjet (hiylə) qurdular. Benzin hadisəsi səbəbiylə təxribat və yandırıb dağıtmaq hərəkətlərinə, quldurluq və insanları öldürmə hərəkətlərinə təşəbbüs etdilər. Fürsətdən istifadə edib ordularını işə saldılar. Ancaq bütün bunlar xalqın sayəsində məhv edildi”.

“Son günlər möhtəşəm hərəkətinə görə böyük İran xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm”, - deyən Ali Dini Rəhbər, təhlükəsizlik qüvvələri, Bəsic və İnqilab Keşikçilərinin meydana girərək, çox çalışıb vəzifələrini yerinə yetirdiyini bildirib:

“İran xalqının bir həftə əvvəl Zəncan və Təbrizdə başlayan və ölkənin bütün şəhərləri ilə kəndlərinə yayılan və nəhayət Tehranda keçirilən görkəmli hərəkət (dəstək nümayişi) meydandakı bütün işlərdən belə əhəmiyyətli idi.

Ekranların arxasındakı qlobal kəşfiyyat bu hərəkatın nə demək olduğunu yaxşı başa düşür. Yumruq yedikləri üçün geri çəkilməyə məcbur qaldılar.

Ali Dini Rəhbər Bəsic təşkilatını dünyanın ən böyük mədəni, sosial və hərbi şəbəkəsi kimi xarakterizə edərək, belə deyib: “Bəsic təşkilatı yarandığı gündən etibarən dünyada unikaldır. Bəsicin heç bir işi plaqiat deyil və 100% İnqilab və İslam düşüncəsinə kürəyini söykəyir.

Bəsicin təməli təhdidi fürsətə çevirməyin bir nümunəsidir. Bu Bəsicin reallığıdır. Bəsicin təşəbbüsü ilə fürsətlərə çevrilməli olan bir çox təhdidlə qarşılaşırıq. Buna görə Bəsic sayəsində təhdidlər artıq bizim üçün təhdid deyildir və fürsətlərə çevrilir”.

Xatırladaq ki, Bəsic təşkilatı 26 noyabr 1979-cu ildə İslam İnqilabının banisi İmam Xomeyninin rəhbərliyi ilə təsis edilib.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031