Ali Dini Rəhbər: “ABŞ-ın müzakirə təklifinin məqsədi İranı gücsüz etməkdir”
Mьəllif: admin1
Tarix: 26-06-2019, 21:25
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: “ABŞ-ın müzakirə təklifinin məqsədi İranı gücsüz etməkdir”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei bu gün (26 iyun) Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Seyid İbrahim Rəisi və məmurları ilə görüşüb.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, Məhkəmə Hakimiyyətinin əhəmiyyətinə toxunan Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, belə danışıb: “İndiki məhkəmə orqanı İran İslam Respublikasında yeni bir binadır və inqilabdan əvvəlkinə görə mühüm xüsusiyyəti var. Fidan kimi olan məhkəmə orqanı günü-gündən yaşıllaşmalı və getdikcə daha da inkişaf etməlidir”.

Ali Dini Rəhbər Məhkəmə Hakimiyyətində aparılan yeni “Dəyişiklik planı” məsələsində bunları deyib: “Bu plan müəyyən vaxt çərçivəsində etinasızlıq olunmayaraq aparılmalıdır. Bir müddət sonra, məhkəmədə dəyişikliklərin baş verdiyi bəlli olmalıdır”.

Tarix boyu müharibə törətmək, qan tökmək, münaqişə yaratmaq və millətləri qarət etmək məsələsində aktiv rol alan və eyni zamanda dünyanın ən pis dövləti olan ABŞ-ın İranın böyük, cəsur və şərəfli xalqını (terrorla) günahlandırıb, təhqir etdiyini qeyd edən Ali Dini Rəhbər, İran millətinin bu ittihamlar və təhqirlərə baxmayaraq, geri addım atmadan (inancından) imtina etməyəcəyini deyib:

“İran milləti amansızlıqla tətbiq olunan sanksiya məsələsində də zərərçəkən oldu, ancaq zəif deyil, çox güclüdür. Güclü olan İran xalqı Allahın köməyi ilə dağ kimi dayanacaq və qüvvətli bir şəkildə yoluna davam edərək, bütün məqsədlərinə nail olacaq”.

ABŞ-ın danışıq təklifini yeni bir hiylə kimi şərh edən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, belə davam edib: “Düşmən, müəyyənləşdirdiyi hədəfə çatmadığı halda İran xalqının saf olduğunu zənn edərək, danışıq təklifini edib, İran millətinin inkişaf etməli olduğunu söyləyir. Amma bu xalq siz olmasanız da, mütləq inkişaf edəcək.

ABŞ-ın müzakirə təklifinin əsas məqsədi İran xalqını tərksilah edərək, ölkəni güclü edən faktorları aradan aparmaqdır. Danışıqlarda qarşı tərəfin sözləri qəbul edilərsə, xalq yanar. Əgər qəbul edilməzsə, indiki təzyiqlər, qara piarlar və siyasi oyunlar davam edər”.


ABŞ-ın insan haqları məsələsini maraqları üçün istifadə etdiyinə diqqət çəkən Ali Dini Rəhbər, ABŞ rəsmilərinə müraciət edərək, deyib ki, sizlər göy üzündə təxminən 300 günahsız adamı qətlə yetirib, səudiyyəlilərin Yəməndəki cinayətlərinin davam etməsinə kömək edərkən insan haqlarından danışırsınız”.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031