Ali dini rəhbər: “Mömin gənclər İŞİD-i məhv edərək ABŞ-ı diz çökdürdü”
Mьəllif: admin1
Tarix: 22-11-2017, 20:14
Bцlmə: Xəbərlər
Ali dini rəhbər: “Mömin gənclər İŞİD-i məhv edərək ABŞ-ı diz çökdürdü”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei noyabrın 21-i səhər saatlarında Xalq Səfərbərlik Qüvvələrinin (Bəsic) üzvləri və komandirlərini qəbul edib.

Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei görüşdə Amerikanın bölgədə üzləşdiyi məğlubiyyətinin İslam inqilabının möcüzəsi olduğunu deyib: "İmam Xomeynini görməmiş, onu ziyarət etməmiş və inqilab ilə müqəddəs müdafiə dövründə yaşamamış gənclərin bu gün müharibə meydanlarında iştirak etməsi və bölgəyə bu qədər təsir etməsi həqiqətən inqilabın bir möcüzəsidir.
Bölgəni siz gənclər hökmran ABŞ-ı diz çökdürüb onları məğlubiyyətə düçar etdiniz. İcra etdikləri bütün planları ilə etdikləri bütün səylər regionu İslam inqilabı və müqavimət ideyasından uzaqlaşdırmaq istədikləri üçün idi, ancaq bunların tamamilə əksi baş verdi.

Siz gənclər Suriya və İraqda müqavimət hərəkatına qarşı düşmənlər tərəfindən yaradılan xərçəng şişini məhv etməyə nail oldunuz. Məhz siz mömin gənclər!

Xalq Səfərbərlik Qüvvələri işlək bir qurum kimi xalq ilə cəmiyyəti təmsil edib, çox mühüm vəzifələri öz üzərinə götürmüşdür. Bu qurumun əsas vəzifəsi isə, gənclər başda olmaqla ölkədəki bütün çevrələrlə innovativ təşəbbüsləri İslam Respublikasının ali məqsədlərinə çatması üçün bir yerə toplayaraq, milyonlarla iranlı tərəfindən fərqli hissələrdə istehsal və inkişaf hərəkatının yerinə yetirilməsinə şahid olmağımızı təmin etməkdir.
Düşmən ünvanının daim təkrarlanmasına görə narahat olan şəxslər, onların əldə etdikləri fürsətdə bizə zərbə vurmaq məsələsində bir an belə bəhanə etməyəcəyini dərk etmir. Beləcə məntiqli bir prinsipə görə etdiyimiz bir davranış və ya söylədiyimiz hər hansı bir ifadə ilə sıralarımızın gücsüz olduğunu düşündüyü üçün düşməni hücum etməyə təşviq etməməliyik.

Ümidsizliyə qapılan kəsim də yaxşı bilməlidir ki, indiyədək İslam Respublikasının güclü mövqeyi nəticəsində ABŞ, sionizm və regiondakı irtica hərəkatlarının ardıcıl etdiyi təxribatları zərərsizləşdirə bilmişdir və bunlardan biri İŞİD-in məhv edilməsidir. Məgər bu "biz bacararıq" ifadəsinin sübutu deyil?
Allahın lütfü ilə yaxın gələcəkdə iqtisadi, siyasi, elmi, ictimai və mədəni sahələrdəki bütün məqsədlərimizə nail olaraq, gənclərimiz iqtisadi problemləri aradan qaldırıb, elmi inkişafımızı artıracaq və bununla cəmiyyətdə Quranı və mədəni dəyərləri həyata keçirəcək.

İstedadlı və mömin gənclər düşmənlərin yeni taktikalarına cavab verməyə hazır olaraq, tədbir görüb düzgün cavab vermək yolu ilə vəzifəsini yerinə yetirməlidir".


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031