İŞİD liderlərindən biri Ukraynada ələ keçirildi
![]() Şişaninin Ukraynaya keçmədən əvvəl, Türkiyədə olduğu qeyd edilib. Əl-Bəra Şişani ləqəbli Gürcüstan vətəndaşının 2012-ci ildən etibarən Suriyada "Əhədun-Əhəd" təşkilatının Lazkiyə vilayətinin "əmiri" olaraq fəaliyyət göstərdiyi, 2013-cü ildə isə, İŞİD liderlərindən Əbu Ömər əş-Şişaninin "vəkili" olduğu bildirilib. Əbu Ömər Şişaninin 2016-cı ildə öldürülməsindən sonra Əl-Bəra Şişaninin Türkiyəyə keçərək burada terrorçu fəaliyyətləri koordinasiya etməyə davam etdiyinin bildirildiyi açıqlamada, 2018-ci ilin yay aylarında Ukraynaya qeyri-qanuni olaraq daxil olduğu qeyd edilib. Əl-Bəra Şişaninin Ukraynada qeyri-qanuni sənədlərlə qeydiyyata düşməyi bacardığının deyildiyi açıqlamada, Şişaninin Ukraynada İŞİD-in bəzi dəstələrini idarə etməyə davam etdiyi bildirilib. Açıqlamada, Şişaninin Kiyev yaxınlığında, yaşadığı evin ətrafında tutulduğu və hələ də nəzarətdə saxlanıldığı qeyd edilib. (eastnews) Oxşar xəbərlər
|
|