Ramazan Kadırov: "74000 çeçen Ukraynada qayda-qanun yaradacaq!"
Mьəllif: admin1
Tarix: 3-06-2014, 17:12
Bцlmə: Xəbərlər » Qafqaz
Ramazan Kadırov: "74000 çeçen Ukraynada qayda-qanun yaradacaq!"
"Ukraynaya silahlı dəstə göndərməyə hazıram"
İslamazeri.az –ın “topwar”-a istinadən verdiyi xəbərə görə, Çeçenistan Respublikasının prezidenti Ramazan Kadırov Ukraynada nizam-intizam yaradılması məqsədi ilə bu ölkəyə 74 min çeçen silahlısının göndərilməsinə hazır olduğunu bildirib.
Ramazan Kadırov Çeçen könüllülərinin Ukrayna ərazisində döyüşdükləri haqda sualı şərh edərək bildirib: "Mən araşdırdım və Ukrayna ərazisində dinc əhalini müdafiə etmək üçün orada 14 döyüşçünün olduğunu öyrəndim onlar ya “Yuq”, ya da ki, “Vostok” batalyonlarındandır. Onlardan birinin Donetsk hava limanının yaxınlığında gedən hərbi əməlliyatlar zamanı aldığı qəlpə yarasından həlak olduğu məlum oldu. Daha sonra Ramazan Kadırov əlavə edib ki, mən döyüşçü göndərsəydim, Donetskə yox Kieve göndərərdim, çünki düşmənlər oradadırlar. Həm də ki, 14-dən daha artıq."
Kadirovın sözlərinə görə onların səyi nəticəsində Ukraynada döyüşməyə getmək istəyən könüllülərin qarşısı alınır, belə olmasydı, indi orada 14 yox 4000 könüllü olardı.
Kadırov sözlərinə bu fikirləri də əlavə edib: "Döyüş çeçenlərin qanındadır, biz bu işi sevirik. Mən özüm də döyüşməyi sevirəm. Bilirəm ki, məni də öldürə bilərlər, amma bu haqda heç fikirləşmirik."
islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930