İŞİD Palmira istiqamətində yenidən hücuma keçdi
Mьəllif: admin1
Tarix: 30-05-2018, 21:39
Bцlmə: Xəbərlər
İŞİD Palmira istiqamətində yenidən hücuma keçdi
İŞİD-in əvvəllər iki dəfə işğal edib nəzarətini itirdiyi qədim Palmira şəhəri istiqamətində yenidən hücuma keçdiyi bildirilib.

Deyerler.org xəbər verir ki, Al-Masdar xəbər agentliyinə danışan suriyalı bir mənbə, İŞİD-in mayın 30-u sübh saatlarında hücuma başladığını söyləyib.

İŞİD-in Suriyanın çöl ərazisindəki Badiyə bölgəsinə böyük bir ərazini ələ keçirməyə çalışdığını qeyd edən mənbə, belə danışıb: “Yaraqlılar Palmira yaxınlığındakı böyük xam neft nasos stansiyası olan T-3 Nasos Stansiyasının şərqindəki Suriya ordusunun mövqelərinə hücum etdi. Yaraqlılar əvvəllər İŞİD-in qalalarından biri olan Hamimə bölgəsindəki ordunun mövqelərinə də hücum edib”.

İŞİD-in hücumunu davam etdirdiyi bildirilən açıqlamada, tərəflərin hələ bir torpaq itkisi ilə üzləşmədiyi qeyd olunub.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930