ABŞ hələ də Suriyada hava hücumlarını davam etdirir
Mьəllif: admin1
Tarix: 26-12-2018, 10:48
Bцlmə: Xəbərlər
ABŞ hələ də Suriyada hava hücumlarını davam etdirir
ABŞ rəhbərlik etdiyi beynəlxalq koalisiyanın keçən həftə Suriyada hava hücumlarına davam etdiyi açıqlanıb.

Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Suriyada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın verdiyi məlumata görə, keçən həftə bir sıra İŞİD hədəfinə hava hücumu təşkil olunub.

Koalisiyanın bu gün (25 dekabr) verdiyi açıqlamasında, 16-22 dekabr tarixlərində keçirilən hava hücumlarının da daxil olduğu əməliyyatlarda İŞİD-in logistika obyektlərinin vurulduğu və yüzlərlə yaraqlının cəbhədən uzaqlaşdırıldığı bildirilib.

Reuters-in xəbərinə görə, koalisiyanın komandir müavini olan britaniyalı general-mayor Kristofer Qika belə bir açıqlama ilə çıxış edib: “İŞİD regionun uzunmüddətli sabitliyinə real bir təhdid yaradır və missiyamız olduğu kimi davam edir”.

Böyük Britaniya ABŞ-ın prezidenti Trampın İŞİD-in məğlub edildiyini bildirərək, Suriyadan geri çəkilməsi qərarına qarşı çıxmışdı.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930