BMT: Yəməndə hər 11 dəqiqədə bir körpə ölür
Mьəllif: admin1
Tarix: 6-11-2019, 20:16
Bцlmə: Xəbərlər
BMT: Yəməndə hər 11 dəqiqədə bir körpə ölür
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi Yəməndə uşaqların yaşadığı faciə ilə bağlı xəbərdarlıq edib.

Maide.Az xəbər verir ki, ötən gün yayımlanan hesabatda bildirilir ki, Yəməndə hər 11 dəqiqədə 5 yaşdan aşağı bir körpə ölür.

Bu fəlakətin səbəbi Ərəbistanın Yəmənə təcavüzü nəticəsində yaşanan humanitar böhrandır.

Bildirilir ki, uşaqların ölümünə səbəb içməli su çatışmazlığı və normal qidalanmamadır.

Qeyd edək ki, 2015-ci ildən Yəmənə təcavüzünü davam etdirən Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələri bu gün də Yəməni bombalayır.

Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir.

Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.

UNICEF-in məlumatına görə, beş yaşınadək 1,8 milyon yəmənli uşaq aclıqdan əziyyət çəkir. Birləşmiş Millətlər Təşkilatı Yəməndəki böhranı "dünyada ən ağır" olaraq qiymətləndirir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930