4 il ərzində müharibələr 870 min uşağın canını aldı
Mьəllif: admin1
Tarix: 19-02-2019, 12:08
Bцlmə: Xəbərlər
4 il ərzində müharibələr 870 min uşağın canını aldı
2013-2017-ci illərdə dünyanın 10 ölkəsində silahlı münaqişələr azı 870 min 5 yaşadək uşağın həyatına son qoyub. Onlardan 550 mini körpədir.

İslaminSesi-nin İslam.ru-ya istinadən verdiyi xəbərə görə, bu haqda Save the Children beynəlxalq xeyriyyə təşkilatının hesabatında bildirilir.

"Uşaqlara qarşı müharibəni dayandırın" başlıqlı hesabat intensiv silahlı münaqişələrin davam etdiyi regionlardan toplanan məlumatlar əsasında hazırlanıb.

Qeyd olunur ki, 2010-cu ildən silahlı münaqişə zonalarında uşaqların sayı 37% artıb. Həmin müddətdə uşaqlara ölümcül hücum və onlardan əsgər kimi istifadə halları 174% artıb.

2017-ci ildə 420 milyon uşaq döyüş şəraitində yaşayıb. Bu isə əvvəlki illə müqayisədə 30 milyon nəfər çoxdur.

Uşaqların hüquqlarının pozulması halları 2010-cu ildə 10 mindən aşağı səviyyədə qeydə alınıb, 2017-ci ildə isə bu göstərici rekord həddə çataraq 25 mini ötüb.

Uşaq ölümünə səbəb olan əsas amillər ərzaq çatışmazlığı, aclıq, səhiyyə xidmətlərinin və humanitar yardımın olmamasıdır.

Save The Children rəhbərlərindən biri olan Pol Ronalds qeyd edir ki, hakimiyyət uğrunda mübarizənin əsas qurbanları uşaqlar olur: "Öldürülən hər döyüşçü müqabilində 5 günahsız uşağın həlak olması utancvericidir".

Hesabatda deyildiyinə əsasən, Yəməndə müharibə başlanandan 5 yaşdan kiçik 85 min uşaq aclıq və xəstəlikdən ölüb. 11 milyondan çox uşağın təcili humanitar yardıma ehtiyacı var.

BMT-nin məlumatına görə, aclıq kimi qarşısı alına bilən səbəblərdən hər 10 dəqiqədə bir uşaq dünyasını dəyişir. 2 milyon uşaq ərzaq çatışmazlığı nəticəsində ölümlə üz-üzədir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930