5 aylıq yəmənli körpə atasının gözləri önündə aclıqdan can verdi – Video
Mьəllif: admin1
Tarix: 17-12-2018, 15:04
Bцlmə: Xəbərlər
5 aylıq yəmənli körpə atasının gözləri önündə aclıqdan can verdi – Video
Ata 5 aylıq uşağını xilas etmək üçün 3 saat piyada yol gedərək yaxınlıqdakı xəstəxanaya çatdırıb. Lakin aclıqdan əziyyət çəkən körpəni xilas etmək mümkün olmayıb. Körpə atasının gözləri önündə can verib.

Əqil adlı balaca körpəni kəfənləyərək, atasına təhvil veriblər.

Qeyd edək ki, artıq 3 ilə yaxındır ki, Yəmən ABŞ-ın regiondakı havadarlarının diktəsi və Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır.

Humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb. Dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşib. Ölkədə yardıma ehtiyacı olan insanların sayı 20 milyon nəfərə çatıb.
(Eastnews)



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930