BMT: "Yəməndə vəziyyət dünyanın ən kəskin humanitar faciəsidir"
Mьəllif: admin1
Tarix: 25-04-2017, 21:49
Bцlmə: Xəbərlər
BMT: "Yəməndə vəziyyət dünyanın ən kəskin humanitar faciəsidir"
BMT baş katibinin sözçüsü Ştefan Docarik Yəmən məsələsini müzakirə edərək belə danışıb: "Yəmən xalqına ərzaq və digər humanitar yardım göndərmək üçün 2.1 milyard dollara ehtiyacımız var".

Deyerler.org Tasnim-ə istinadən xəbər verir ki, BMT sözçüsü açıqlamasını belə davam etdirib: "Yüzdən artıq humanitar yardım təşkilatı milyonlarla yəmənliyə kömək etdi. BMT-nin Humanitar Yardımlar Departamentinin açıqlamasına görə, 17 milyondan artıq yəmənli ərzaq problemi ilə üzləşib və 7 milyon yəmənli qıtlıq həddində yaşayır.

Ümumilikdə 19 milyon yəmənlinin humanitar yardımlara ehtiyacı var və BMT Yəmən vəziyyətinin dünyadakı ən kəskin humanitar faciə kimi qiymətləndirilir.
Aprelin 25-i Cenevrə şəhərində Yəmənə beynəlxalq yardım konfransı keçirilməsi planlaşdırılmışdır. BMT baş katibinin də bu konfransda iştirakı olmalıdır. Yəmən xalqının məruz qaldığı bu çətin vəziyyət, Səudiyyə rejiminin boş bəhanələr ilə bir neçə ölkə ilə koalisiya yaradaraq, Yəmənə hücum etməsi ilə yaranıb. Səudiyyə rejimi Yəmən müharibəsində beynəlxalq müharibə qanunlarını tapdalayaraq, Yəmən xalqını hədəfə aldı. Səudiyyə rejiminin qüvvələri yaşayış binalarını, məktəbləri, xəstəxanaları, ərzaq mərkəzlərini, su qurğularını və ölkənin infrastrukturlarını hədəfə alaraq, müharibənin tamamilə Yəmən xalqına qarşı bir müharibə olduğunu nümayiş etdirdi".
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930