Kərbəlanın 6 aylıq körpə şəhidi – Həzrət Əli Əsğər (ə)
Mьəllif: admin1
Tarix: 29-03-2018, 11:35
Kərbəlanın 6 aylıq körpə şəhidi – Həzrət Əli Əsğər (ə)
Həzrət Əli-Əsğər (ə). Əsl adı Abdullah ibn Hüseyn (ə).

Əli-Əsğər ləqəbi ilə tanınan, Kərbəlanın ən kiçik şəhidi Abdulah ibn Hüseyn (ə) həzrət İmam Hüseynin (ə) ən kiçik övladıdır. Bəzi tarixi mənbələrdə Hz. Əli Əsğər “südəmər körpə”, bəzi mənbələrdə isə “6 aylıq körpə” kimi xatırlanır.

Anası İmrəul-Qeysin qızı Rübabdır. Hicrətin 60-cı ilində rəcəb ayında (10) Mədinə şəhərində dünyaya gəlib.

Tarixi mənbələrdə deyilir ki, İmam Hüseyn (ə) məhərrəm ayının 10-da Aşura günü, öz şəhadətində öncə susuzluqdan əziyyət çəkən körpəni əli ilə yuxarı qaldırıb, qarşı tərəfdən bu körpəyə su verilməsini istəyir. Lakin dinsiz və insafsız düşmən kiçik körpəyə nəinki su vermir, hətta onu (ə) oxla boğazından burub şəhid edir.

Məlun Ömər Sədin göstərişi ilə bu alçaq işi Hərmələ adlı bir zalim edir.

İmam (ə) Əli Əsğəri dəfn edib sonra özü şəhid olur.

Körpə Əli Əsğərin mübarək bədəni hazırda İmam Hüseynin (ə) məzarı yanındadır.


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930