İrlandiyalı xristian xanım: “İmam Hüseynin (ə) su içə bilmədiyi yeri görməyə gəldim”
Mьəllif: admin1
Tarix: 20-10-2019, 10:07
Bцlmə: Xəbərlər
İrlandiyalı xristian xanım: “İmam Hüseynin (ə) su içə bilmədiyi yeri görməyə gəldim”
Həzrət Hüseynin (ə) və yaxınlarının, övladlarının susuz şəhid edilməsi möminlərin qəlbini yandıran ən acı xatirədir.

Deyerler.org-un ABNA-ya istinadən verdiyi xəbərə görə, irlandiyalı məsihi xanım Tara Okraide də bu cür ilahi nurun cazibəsi ilə Kərbəlaya, İmam Hüseynin (ə) ziyarətinə gəlmiş şəxslərdəndir.

Məsihi Xanım, Kərbəla haqqında ilk mütaliələrinə işarə edərək deyir: “Mən Aşura hadisəsi barədə mütaliələrimdən sonra qərara aldım ki, Kərbəlaya gəlim.

Hətta həyat yoldaşım bu qərarımı eşitdikdə mənə dəli dedi. Lakin mən İmam Hüseynin (ə) əzəmətini dərk etmişdim.”

“Hawzahnews”-in müxbirinə müsahibə verən qadın əlavə edərək deyib:

“Mənim etiqadım budur ki, müsəlmanlar Allaha daha yaxındırlar və Quran Allaha yetişmək üçün ən doğru yoldur. “

Kərbəlaya nə üçün gəldiniz sualına isə qısa olaraq ürək yanğısı ilə belə cavab verib: “İmam Hüseynin (ə)su içə bilmədiyi yeri görməyə gəlmişəm”.

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930