Şeyx İsa Qasimi İmam Hüseynin (ə) pak hərəmini ziyarət etdi
Mьəllif: admin1
Tarix: 12-01-2019, 22:24
Bцlmə: Xəbərlər
Şeyx İsa Qasimi İmam Hüseynin (ə) pak hərəmini ziyarət etdi
Şeyx İsa Qasimi İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) pak hərəmlərini ziyarət etdi.

“İslaminSesi” bu barədə əl-Aləmə istinadən xəbər verir.

Dekabırın sonunda Nəcəfə gələn və İmam Əlinin (ə) pak hərəmini ziyarət edən bəhreyinli alim Ayətullah Qasimi, Həcəfdən Kərbəlaya gəlib.

Şeyx Qasimi, İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) pak hərəmlərini ziyarət edib.

Xatırladaq ki, 78 yaşlı alim, Bəhreyndə böyük nüfuza sahibdir. Şeyx İsa Qasim iki ilə yaxındır Bəhreyndə ev dustağı idi. Bəhreyn rejimi qüvvələri onun evini və olduğu kvartalı muhasirədə saxlayırdı. Bəhreyn rejimi onu vətəndaşlıqdan məhrum etmiş və barəsində bir sıra əsassız ittihamlar irəli sürmüşdür.

Bu ziyarət, alimin 50 illik fasilədən sonra müqəddəs hərəmlərə ilk ziyarətidir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930