İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya gedən yolun izləri tapıldı
Mьəllif: admin1
Tarix: 17-04-2018, 22:12
Bцlmə: Xəbərlər
İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya gedən yolun izləri tapıldı
Kərbəla Araşdırmalar və Tədqiqatlar Mərkəzi İmam Hüseynin (ə) Məkkədən Kərbəlaya doğru səfərinin bir sıra izlərinə rast gəldiklərini açıqlayıb.

Deyerler.org imamhussain saytına istinadən xəbər verir ki, mərkəzin direktoru Əbdül Əmir Taha Abulla Əl-Qureyşi belə bir açıqlama ilə çıxış edib: “İmam Hüseynin (ə) çıxdığı yolda dayandığı yerlərlə bağlı araşdırma aparan komitə, İmam Hüseynin (ə) Kərəbəlaya hərəkəti istiqamətində olan bir sıra izlərinə rast gəliblər”.

O, deyib ki, İmam Hüseynin (ə) Kərəbəlaya hərəkət etdiyi yol üzərində axtarışlar və elmi tədqiqat işləri də davam etdirilir. Son axtarış işləri Nəcəf şəhərinin ətrafında Kərbəla şəhəri istiqamətində olan Rahmə rayonunda aparılıb.

Xatırladaq ki, 2017-ci ilin oktyabr ayında Kərbəla Araşdırmalar və Tədqiqatlar Mərkəzi İmam Hüseyn (ə) və Əhli-Beytinin (ə) Kərbəlaya gəlməsi yollarının izlənməsinin dördüncü mərhələsinin başlandığını elan etmişdi.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031