Aşurada İmam Hüseynin (ə) karvanına qoşulan xristian ailə
Mьəllif: admin1
Tarix: 8-08-2022, 09:46
Aşurada İmam Hüseynin (ə) karvanına qoşulan xristian ailə
Şeyx Abbas Qummi "Vəqaiyul-Əyyam" əsərində yazır ki bu ailə İmama qoşulanda xristian idilər və daha sonra müsəlman oldular.

Vəhəb ibni Abdullah Aşurada Kərbəla şəhidlərindən biridir. O və onun ailəsi İmam Kərbəlaya yollanarkən o həzrətin karvanına qoşulmuşdu. Yeni evlənən (bəzi rəvayətlərə görə cəmi 17 gün idi ki evlənmişdi) gəncin şəhid olan zaman 25 yaşı var idi. Həyat yoldaşı və anası da onunla birgə idilər.

Aşura günündə təkbətək döyüşləri zamanı şəhid oldu. Başının üstünə gələn anasını da rəhmsizliklə şəhid etdilər. Rəvayətə görə, anasının ondan daha tez iman gətirməsi onun İslamı qəbul etməsinə zəmin yaratmışdı. Əsasən anası idi ki, onun İmam Hüseynə qoşulmağa və döyüşə atılmağa təşviq edirdi.

Aşura günündə Vəhəbin başını kəsib, anasının qarşısına atanda o dedi:

“Həmd o Allaha olsun ki, onun şəhid olması ilə Rəbbim və İmam yanında başım uca, gözüm isə aydın oldu. Allaha şəhadət verirəm ki, kilsələrdəki və atəşgahlardakı xristianlar, yəhudi və atəşpərəstlər sizdən yaxşıdır”

Xarəzmi deyir ki, Şimr ibni Zil-Couşən öz nökərinə onu öldürməyi əmr etdi və o da Vəhəbinin anasının başından vurub onu qətlə yetirdi.

Şeyx Abbas Qummi Vəqaiyul-Əyyam əsərində yazır ki, bu ailə İmama qoşulanda xristan idilər və daha sonra müsəlman oldular.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930