İmam Hüseynin (ə) başını bədənindən ayıranın aqibəti
Mьəllif: admin1
Tarix: 6-08-2022, 13:44
İmam Hüseynin (ə) başını bədənindən ayıranın aqibəti

Şimr ibn Zil-Cövşən..

Bəni-Kilab qəbiləsindən idi, əsl adı Şərəhbildir. Şimr onun ləqəbidir, tərcüməsi təcrübəli, hər işdən başı çıxan və ya səxavətli deməkdir.

Maraqlıdır ki, Şimr əvvəllər Həzrət Əlinin (ə) tərəfdarı olmuş, hətta Siffeyn savaşında o həzrətin tərəfində vuruşmuşdu. Sonralar Müaviyənin tərəfinə keçdi.

Kərbəla faciəsində Şimrin mənfi rolu hadisələrin lap əvvəlindən başlayır. Yezid tərəfindən Ibn Ziyadın yanına göndərilən Şimr onu Imam Hüseynlə (ə) amansız davranmağa təhrik etdi.

Ömər ibn Səd əvvəlcə tərəflər arasında barışıq yaratmaq istədiyi üçün Şimr onu vəzifəsindən uzaqlaşdırılacağı ilə qorxudub döyüşə sövq etdi.

Aşura günündə Şimr qoşunun sol cinahının sərkərdəsi idi. Onun ən böyük cinayəti Imam Hüseynin (ə) başını xəncərlə diri-diri kəsib bədəndən ayırmasıdır.

Şimr Muxtarın Kərbəla qatillərini tutub cəzalandırdığını eşidəndə Kufədən qaçdı. Muxtarın əsgərləri əvvəlcə onu ələ keçirə bilmirdilər.

Nəhayət, Xuzistan əyalətindəki kəndlərin birində Şimri haqladılar. Döyüşdə Şimr öldürüldü. Onun başını kəsib, bədənini itlərin qabağına atdılar
./islam.az/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930