Kərbəla Faciəsinin Peyğəmbərə (s) bənzər şəhidi
Mьəllif: admin1
Tarix: 9-08-2022, 10:04
Kərbəla Faciəsinin Peyğəmbərə (s) bənzər şəhidi
Əliyyi-Əkbər zahiri baxımdan peyğəmbərə daha çox oxşayaradı. Məhz bu səbəbdən ona Şəbihun-Nəbi ləqəbi də verərdilər. Bəni-Haşim və əhlibeytsevərlər peyğəmbəri xatırlamaq istəyəndə gəlib ona baxardılar.
İslaminSesi – Məhərrəm ayının 8-də adətən İmam Hüseynin böyük oğlu Əliyyi-Əkbərə təziyələr saxlanılır və şəninə mərsiyyələr deyilir.

Həzrət Əliyyi- Əkbərin doğum günü barədə müxtəlif tarixlər bildirilsə də onun hicrətin 36-cı ilində şabanın 11-də dünyaya gəlməsi daha çox qəbul edilir.

O, İmam Hüseynin böyük oğlu olduğuna görə Əliyyi-Əkbər adlandırılırdı. İmam Səccad (ə) isə Əli əl-Əusət (ortancıl) adlanırdı . Kərbəlada qundağda ikən şəhid edilən Əliyyi Əsğər isə həmin Abddullah ibni Hüseyndir.

Rəvayətlərə görə Əliyyi-Əkbər zahiri baxımdan peyğəmbərə daha çox oxşayaradı. Məhz bu səbəbdən ona Şəbihun-Nəbi ləqəbi də verərdilər. Bəni-Haşim və Əhlibeytsevərlər peyğəmbəri xatırlamaq istəyəndə gəlib ona baxardılar.

Əliyyi-Əkbər İmam Hüseyndən izn alıb Yezid ordusuna qarşı çıxanda İmam buyurdu:

“İlahi sən şahid ol ki, onların qarşısına elə bir gənc çıxıb ki, əxlaqda, zahirdə və danışıqda Peyğəmbərə bənzəyir.

O, Kərbəlada şəhid edildikdən sonra cənazəsi Yezid ordusu tərəfindən tikə-tikə edildi. Əsirlərin Kufəyə, oradan da Şama aparılması zamanı digər başlarla yanaşı, onun başı da nizəyə taxılaraq aparıldı. Əliyyi-Əkbərin mübarək başı Dəməşqdə Babus-Səğir adlanan qəbirsanlıqda dəfn edilib.

Aşura günündə şəhid olanda 25 yaşı var idi. O, Aşurada şəhid olan Bəni-Haşimlilərin ilk şəxsi idi.

O həzrətin bədəni atası İmam Hüseynin (ə) ayaq tərəfində dəfn edildi. Bu səbəbdəndir ki, İmam Hüseynin məzarı 6 güşəlidir.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930