Oman Fələstində səfirlik açmağa qərar verdi
Mьəllif: admin1
Tarix: 26-06-2019, 21:26
Bцlmə: Xəbərlər
Oman Fələstində səfirlik açmağa qərar verdi
Oman Fələstin xalqına dəstək olmaq məqsədilə Fələstində səfirlik açacağını elan edib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Omanın, bu qərarı Fələstində səfirlik açacaq ilk Fars körfəzi ölkəsi olacaq.

Omanın qərarı Bəhreyndə ABŞ-ın rəhbərliyi ilə təşkil olunan “Rifah üçün sülh” adlı Manama konfransı ilə eyni gündə verilib.

Oman Xarici İşlər Nazirliyi tərəfindən edilən açıqlamada belə qeyd olunub: “Oman Fələstin xalqına verdiyi dəstəyi davam etdirərək, Oman Sultanlığı Fələstin dövlətində səfirlik səviyyəsində diplomatik nümayəndəlik açmağa qərar verib”.

Bəyanatda, həmçinin Xarici İşlər Nazirliyindən bir nümayəndə heyətinin səfirliyin qurulması barədə lazım olan addımları atmaq üçün Fələstinə gedəcəyi bildirilib.

Oman, eyni zamanda İsrail rejiminin baş katibi Binyamin Netanyahunu ölkəsinə qəbul edən ilk Körfəz ölkəsidir.

Oxşar xəbərlər
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031