Fələstin naminə İsveçdən piyada gələn yəhudi Fələstinə buraxılmadı
Mьəllif: admin1
Tarix: 7-07-2018, 10:36
Bцlmə: Xəbərlər
Fələstin naminə İsveçdən piyada gələn yəhudi Fələstinə buraxılmadı
İsrail rejiminin zülmünə reaksiya vermək məqsədilə ötən il İsveçin Qoteborq şəhərindən yola çıxan Benjamin Ladraanın Fələstinə girişinə İsrail rejimi tərəfindən icazə verilməyib.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, İordaniya sərhədindən bu gün (6 iyul) İsrail rejiminin işğalı altında olan torpaqlara çatan, ancaq Fələstinə girişinə İsrail rejimi polisi tərəfindən icazə verilməyən Ladraa, 6 saat İsrail rejimi polisində nəzarətində saxlanılıb.

İordaniyanın paytaxtı Əmmana qayıdan Ladraa, Anadolu agentliyinin müxbirinə verdiyi açıqlamada, sərhəddə İsrail rejiminin polisi tərəfindən dayandırıldığını bildirib: “İsrail rejimi Fələstinə girməyimə icazə vermədi. 6 saat nəzarətdə saxlanılmışam. Sərhəddən içəri girməyə yol verməmələrini iki səbəblə açıqladılar. Birincisi, Fələstində Nabih Salehlə üsyan törədəcəyimi iddia etdilər. İkincisi də, mənim yalan söylədiyimi dedilər”.

Fələstinlilər azadlıqlarına qovuşana qədər mübarizəyə davam edəcəyini vurğulayan Ladraa, sözlərini belə davam etdirib: “11 ay əvvəl Qoteborqdan piyada olaraq yola çıxdım. Fələstin sərhədinə qədər bir çox ölkəni keçərək, təxminən 5 min kilometr piyada getdim. Fələstin azad olana qədər mübarizəmdən əl çəkməyəcəyəm. Hazırda İordaniyanın paytaxtı Əmmandayam. Bir neçə gün ərzində təyyarə ilə yenidən İsveçə qayıdacağam. Daha sonra da yol xəritəmi müəyyən edəcəyəm”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930