Oman körfəzində tankerlər havadan vurulub - Yaponiya mənbələri
Mьəllif: admin1
Tarix: 15-06-2019, 09:54
Bцlmə: Xəbərlər
Oman körfəzində tankerlər havadan vurulub - Yaponiya mənbələri
"Bizim gəmi uçan bir şeylə vurulub və bundan sonra partlayış baş verib. Bunu gəmi ekipajı görüb."

"İslaminSesi" SalamNews-a istinadla xəbər verir ki, bunu "Kokuka Courageous” şirkətinin yaponiyalı rəhbəri Yutaka Katada deyib.

Ötən gün şirkətin bir gəmisinin Oman dənizində vurulmasına münasibət bildirən Y. Katada vurğulayıb ki, onların gəmiləri uçan bir şeylə vurulub.

NewYork Times qəzeti, Y. Katadanın fikrini açıqlayaraq, ABŞ-ın hadisə ilə bağlı iddiasının və İranı ittihamlandırmasının sual altına getdiyini bildirib.

Bundan öncə ABŞ mənbələri iddia ediblər ki, gəmi dəniz minaları ilə partladılıb.

Hətta ABŞ mənbələri İranınki iddia edilən qayıqların gəmiyə yaxınlaşdığı və ona yapışdırılıb işə düşməyən minaları götürərək, apardıqlarını əks etdirən görüntülər yayımlayıblar.

İran ABŞ dövlət katibi Mayk Pomeonun məsələ ilə bağlı Tehranı ittihamlandırmasını kəskin tənqid edib və beynəlxalq ictimaiyyətə ABŞ-ın "fitnə-fəsad yaratmaq" planı haqda xəbərdarlıq edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930