Nuhun (ə) gəmisinin dayandığı Cudi dağı haradadır?
Mьəllif: admin1
Tarix: 15-06-2022, 22:57
Nuhun (ə) gəmisinin dayandığı Cudi dağı haradadır?
“Və (Allahın qəti iradəsi ilə kafirlər suda batıb boğulduqdan sonra) deyildi: «Ey yer, öz suyunu ud və ey göy, (yağışını) saxla»! Su (yerə) hopdu və iş (kafirlərin mütləq baş verməli olan məhvi) bitdi. Və gəmi «Cudi»(dağı) üzərində qərar tutdu və (Allah yaxud Onun mələkləri tərəfindən) deyildi: «Ölüm olsun zalımlara! (Haqqın rəhmətindən) uzaq olsun zalımlar!»”. (“Hud” 44).

Cudi dağı barəsində müxtəlif nəzərlər vardır. Hədislərə və Tövrata söykənərək, demək olar ki, bu dağ Ağrı dağıdır.

1. Bəzilərinin isə nəzərinə görə, Cudi dağı İraqda yerləşir.

2. Bəzilərinə görə, Şamda yerləşir.

3. Bəzilərinə görə, Musulda yerləşir.

4. Bəzilərinə görə, Cudi dağı Ərəbistandandır.

5. Bəzilərinə görə, Cudi dağı Türkiyədə olan Ağrı dağı silsiləsidir.

Əllamə Təbatəbai bu ayə barəsində buyurur ki, Cudi – həmin sərt dağdır.

Alimlərin tədqiqat qrupu Türkiyədə yerləşən Ağrı dağının 1400 metr yüksəkliyində taxta parçalarına rast gəlmişdilər ki, qədim bir gəminin parçaları olduğu sübut olunmuşdur.

Bu taxta parçalarının yaşı miladdan əvvəl 2500-ci ilə təsadüf edir. Tədqiqatlar göstərir ki, bu gəminin uzunluğu 1019 metr və eni 118 metrdir.

Bu tədqiqatlara görə belə görünür ki, Cudi dağı həmin Ağrı dağıdır. Hədislərin nəql etdiyinə görə, bu gəmi Allahın inayət ilə inşa edilmiş və yeddi təbəqədən ibarət olmuşdur.

Çünki gəmiyə hər bir heyvandan bir cüt seçilib qoyulmuşdu. Gəmi təxminən 3500 cüt heyvanı özünə yerləşdirmişdi. Əgər bu gəmi Allah tərəfindən planlaşdırılmasaydı, bu qədər heyvanın və insanın gəmiyə sığması mümkünsüz olardı. Bu gəminin özü İlahi möcüzə idi. Mıxları paslanmır və taxtaları cürümürdü.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930