Rəsmi Oman: “Fələstin dövlətinin qurulması bölgədəki zorakılığı dayandıracaq”
Mьəllif: admin1
Tarix: 15-02-2018, 22:37
Bцlmə: Xəbərlər
Rəsmi Oman: “Fələstin dövlətinin qurulması bölgədəki zorakılığı dayandıracaq”
Omanın xarici işlər naziri Yusif bin Ələvi dünya ölkələrinin fələstinlilərə dövlət qurmaq hüququnu verməmələrini tənqid edərək, Fələstin dövlətinin qurulmasının bölgədəki zorakılığı dayandıracağını söyləyib.

Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, Ələvi Ramallahda Fələstin Qurtuluş Təşkilatının İcraiyyə Şurasının baş katibi Saib Uraykat və Fəth mərkəzinin icra heyətinin üzvü Məhəmməd Əştiyə ilə görüşdükdən sonra belə bir açıqlama ilə çıxış edib. O, Fələstin dövlətinin yaradılmasının bölgədəki zorakılığı dayandıracağını söyləyib.

ABŞ-ın prezidenti Donald Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanıması qərarının irəliləyişə mane olduğunu deyən Yusif bin Ələvi belə danışıb: “Çətinliklərlə qarşılaşırıq, ancaq biz fələstinlilərin mövqedən əminik”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930