ABŞ dövlət katibi Gürcüstanla əlaqələrindən danışıb
Mьəllif: admin1
Tarix: 12-06-2019, 11:04
Bцlmə: Xəbərlər
ABŞ dövlət katibi Gürcüstanla əlaqələrindən danışıb
Ötən gün ABŞ dövlət katibi Mayk Pompeo Gürcüstanla olan əlaqələrin səviyyəsindən danışıb.

"ABŞ ilə Gürcüstan müdafiə, təhlükəsizlik, ticarət və energetika sahələrində uğurlu əməkdaşlıq edirlər. Gürcüstan ABŞ-ın strateji tərəfdaşıdır".

Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşdən sonra keçirdiyi birgə brifinqdə söyləyib.

M.Pompeo Gürcüstanın beynəlxalq turizm mərkəzi və qlobal təhlükəsizliyə töhfə verən ölkə olduğunu deyib.

M.Baxtadze bildirib ki, Gürcüstan ABŞ-la uğurlu əməkdaşlıq edir: “Əldə etdiyimiz bir çox nailiyyətlər ABŞ-la səmərəli strateji tərəfdaşlığın birbaşa nəticəsidir”.

Baş nazir deyib ki, son 10 il ərzində Gürcüstan ABŞ-la dinamik, hərtərəfli əməkdaşlığı inkişaf etdirib və Prezident Trampın dövründə bu əlaqələr yüksək səviyyəyə çatıb.


Mənbə:/www.eastnews.org/
Oxşar xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031