Gürcüstan Azərbaycan və Türkiyə ilə parlamentlərarası əməkdaşlığın gücləndirilməsini dəstəkləyir
Mьəllif: admin1
Tarix: 27-02-2018, 10:33
Bцlmə: Xəbərlər
Gürcüstan Azərbaycan və Türkiyə ilə parlamentlərarası əməkdaşlığın gücləndirilməsini dəstəkləyir
“Gürcüstan, Azərbaycan və Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli əməkdaşlıq formatı ölkələr arasında aktual məsələlərin müzakirəsi üçün yaxşı imkandır”.

Bunu Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə komitəsinin sədri Sofio Katsarava deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan Gürcüstanın strateji tərəfdaşlarıdır və parlamentlər səviyyəsində sıx əməkdaşlığın intensivləşdirilməsini dəstəkləyir: “Hər üç ölkə parlamentinin xarici əlaqələr komitələrinin Ankarada keçiriləcək görüşündə müdafiə və təhlükəsizlik, ticarət, iqtisadiyyat, energetika, nəqliyyat sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüşdə həmçinin əlaqələrin daha da genişləndirilməsi ilə bağlı perspektiv və planlar da nəzərdən keçiriləcək”.

Qeyd edək ki, üç ölkənin parlamentlərinin xarici əlaqələr komitələrinin bu həftə ərzində Ankarada keçiriləcək görüşü çərçivəsində əməkdaşlığa dair sənəd imzalanacaq. Nümayəndə heyətləri həmçinin Türkiyənin baş naziri Binəli Yıldırım, parlamentin spikeri İsmayıl Qəhrəman və digər rəsmi şəxslərlə görüşəcək.
(APA)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930