Pompeodan Salmana: “Kaşıkçıya görə, kral olmağın təhlükədədir”
Mьəllif: admin1
Tarix: 18-10-2018, 21:54
Bцlmə: Xəbərlər
Pompeodan Salmana: “Kaşıkçıya görə, kral olmağın təhlükədədir”
Kaşıkçı hadisəsi səbəbilə Ər-Riyada gedən ABŞ-ın dövlət katibi Mayk Pompeo Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla (MbS) da görüşüb.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Pompeonun çərşənbə günü MbS ilə keçirdiyi görüş haqqında məlumatı olan bir mənbə CNN-ə açıqlamasında, tərəflərin jurnalistlər qarşısında gülümsəmələrinə baxmayaraq, keçirilən görüşün qətiyyən dostcasına keçmədiyini bildirib.

Foto çəkilişin sona çatması ilə gülümsəmələrin də sona çatdığını bildirən mənbə deyib ki, Pompeo MbS-ə kral olmasının Kaşıkçı hadisəsinin içindən çıxıb çıxmamasından asılı olduğunu deyib.

Pompeo vəliəhd şahzadəyə əvvəlcədən xəbəri yoxdursa belə, vəziyyəti qəbul edib sahib çıxmalı olduğunu, çünki hər bir faktın bir-bir ortaya çıxacağını qəti olaraq dediyini bildirib.

Səudiyyəlilərin öz istintaqlarını çox tez başa çatdırmalı olduğunu qeyd edən ABŞ-ın dövlət katibi, vaxtın məhdud olduğunu və səudiyyəlilərin bu işdə əli olan şəxslərlə sürətlə və amansızcasına məşğul olmalı olduğunu qəti söylədiyini bildirib:

“Bu işi siz həll etməsəniz, ABŞ həll etməli olacaq. Vaşinqton hərəkətə keçmək məcburiyyətində qalacaq, çünki dünya bunu tələb edəcək və beynəlxalq təzyiq prezident Trampı buna məcbur edir”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930