Kvirikaşvili: “Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji münasibətləri var”
Mьəllif: admin1
Tarix: 23-01-2018, 22:00
Bцlmə: Xəbərlər
Kvirikaşvili: “Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji münasibətləri var”
“Gürcüstan Azərbaycan, Türkiyə, Qazaxıstan və regionun digər ölkələri ilə vacib regional layihələr reallaşdırır”.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunun “Avrasiya: strateji perspektiv” sessiyasında deyib.

Baş nazir bildirib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə strateji münasibətləri var: “Qonşularla münasibətlər çox vacibdir. Bizim Ermənistanla çox yaxşı ənənəvi qonşuluq münasibətlərimiz var və Mərkəzi Asiya ölkələri ilə də vacib münasibətlərimiz mövcuddur.”.

G.Kvirikaşvilinin sözlərinə görə, Gürcüstan “İpək yolu”nun ölkələri ilə yeni layihələrlə regiona dinamika gətirir: “Bu, regionda sıx əməkdaşlıq olmadan mümkün deyil. Bu həmçinin dayanıqlı sülh üçün yaxşı zəmin yaradır”.

Baş nazir çıxışında Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğal olunması məsələsinə də toxunub. O bildirib ki, bu, böyük problem olaraq qalır və məsələ konstruktiv yolla həll olunmalıdır.

G.Kvirikaşvili avroatlantik məkana inteqrasiyanın Gürcüstanın strateji prioriteti olduğunu da qeyd edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930