Seyid Həsən Nəsrullah: "Əgər İranla müharibə olarsa, bu alov bütün məntəqəni bürüyəcək"
![]() İran və ABŞ arasında yaşanan böhrana toxunan Seyid Həsən Nəsrullah bildirib ki, İran İslam Respublikasının ali lideri Ayətullah Xameneinin bildirdiyi kimi ABŞ-la İran arasında müharibə baş verməyəcək: "Amma əgər ABŞ müharibəyə başlayarsa nə ilə nəticələcəyini bilməlidir. Əgər İranla müharibə olarsa, bu İranın sərhədlərində məhdudlaşmayacaq. Bu alov bütün məntəqəni bürüyəcək. ABŞ-ın məntəqədəki bütün qüvvələri və mənafeyi aradan gedəcək. ABŞ-la işbirliyində olanlar, ilk növbədə İsrail və Səudiyyə Ərəbistanı rejimi bunun bədəlini ödəyəcəklər. İran bu gün məntəqədə böyük qüvvəyə çevrilib. Amma Ərəbistanın təyyarəsi belə ABŞ-ın icazəsi olmadan enə bilməz. Bəziləri deyirlər İsrail güclüdür. Amma həqiqət bundan ibarətdir ki, 2019-cu ildə İsrail digər illərdən daha zəifdir". Seyid Həsən çıxışının davamında qeyd edib ki, bölgədə müharibənin baş verməsi gözlənilmir. Hətta Trampın özü də etiraf edib ki, belə bir müharibə ABŞ-da pul və insan itkisinə səbəb olacaq. /www.eastnews.org/ Oxşar xəbərlər
|
|