Seyid Həsən Nəsrullah: “İran İslam İnqilabı tarixin istiqamətini dəyişdi”
Mьəllif: admin1
Tarix: 5-02-2019, 14:43
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: “İran İslam İnqilabı tarixin istiqamətini dəyişdi”
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah yeni qurulan hökumətin siyasi qüvvələrdən ibarət olduğunu, Hizbullahın da bu prosesin bir parçası olduğunu söyləyib.

Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah dünən (4 fevral) axşam gündəmdəki proseslərlə bağlı televiziyada çıxış edərək, İsrail rejiminin baş naziri Binyamin Netanyahunun “Hizbullahın Livan hökumətinə şərik olmasının İranın Livana hakim olması mənasına gəldiyi” barədə sözlərini tənqid edib: “Sionist düşmən, xüsusilə də Binyamin Netanyahu, yalan və həqiqətdən uzaq iddialarla çıxış edərək, mövcud Livan hökumətini Hizbullahın hökumətidir kimi göstərməyə çalışır. Bəziləri də Livanda bu əsassız sözlərin ardınca gedirlər. Amma reallıq budur ki, səsləndirilən iddia tamamilə yalandır.

Netanyahunun Livan hökumətinin Hizbullah tərəfindən idarə edildiyini iddia etməsinin məqsədi Amerika, Avropa və region ölkələrini Livan hökumətinə qarşı qızışdırmaqdır. Mövcud Livan rəhbərliyi bütün xalqımıza məxsusdur. Hər bir şəxs bu hökumətdə öz vəzifəsini yerinə yetirməlidir. Hökumət, siyasi qüvvələrdən formalaşır və biz də Hizbullah olaraq bu prosesin bir hissəsiyik”.

Seyid Həsən Nəsrullah, həmçinin ölkə daxilində hökuməti Hizbullah hökuməti olmaqda ittiham edən qüvvələrə də səslənərək, bu hərəkətlərinə son vermələrini istəyib.

Yeni hökumətdə yer alan siyasi qüvvələrdən mövcud narahatlıqları aradan qaldırmaq üçün müsbət bir mövqe nümayiş etdirmələrini istəyən Seyid Həsən Nəsrullah, hökuməti gözləyən vacib problemlərin olduğunu və bu səbəbdən sakitliyə və media müzakirələrindən uzaq durmağa ehtiyac olduğunu söyləyib.

Hökumətin prioritetlərinin başında iqtisadi vəziyyətin dayandığını bildirən Seyid Həsən Nəsrullah, iqtisadi vəziyyəti düzəltmək üçün ilk növbədə korrupsiya və israfçılıqla mübarizə aparmağın zəruriliyini qeyd edib.

Seyid Həsən Nəsrullah mühüm məsələlərin, başqalarına üstün olmaq əsasında yox, anlayış və razılaşma məntiqi ilə müzakirə edilməsini istəyib.

İran İslam inqilabının qələbəsi günləri barədə də danışan Seyid Həsən Nəsrullah, belə deyib: “İmam Xomeyninin rəhbərliyində İran İslam İnqilabı tarixin istiqamətini dəyişdi. Bu inqilabın Fələstin, müqavimət və bölgənin taleyi ilə birbaşa əlaqəsi var”.

Seyid Həsən Nəsrullah İslam inqilabının 40-cı qələbə ildönümünün çox möhtəşəm şəkildə keçirilməli olduğunu vurğulayaraq, belə deyib: “İran İslam inqilabının 40 yaşına çatması, ABŞ və müttəfiqlərinin qurduğu bütün hiylələrin məğlubiyyətə düçar olduğunu göstərir”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930