Seyid Həsən Nərsullah Trampın rəzil Qolan təpələri qərarından danışdı
Mьəllif: admin1
Tarix: 27-03-2019, 22:12
Bцlmə: Xəbərlər
Seyid Həsən Nərsullah Trampın rəzil Qolan təpələri qərarından danışdı
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah ABŞ-ın Qolan təpələri haqqında qərarına qarşı Ərəb Sülh Təşəbbüsündən imtina edilməsini istəyib.

Deyerler.org Al-Manar-a istinadən xəbər verir ki, Əl-Mənar televiziyasında çıxış edən Nəsrullah, İsrail rejiminin Qolan təpələri üzərindəki suverenliyinin ABŞ tərəfindən tanınmasına reaksiya verərək belə deyib: “Artıq qadağaların bizə bir faydası yoxdur”.

Səudiyyə rejiminin paytaxtı Ər-Riyadda 2017-ci ildə ABŞ-ın prezidenti Donald Tramp ilə görüşən liderlərin də aralarında olduğu xeyli sayda ölkə, hökumət və yüz milyonlarla müsəlmanın Qolan təpələrini İsrail rejimi tərəfindən işğal edilmiş Suriya torpaqları olaraq qəbul etdiyini xatırladan Seyid Həsən Nəsrullah, belə danışıb:

“Tramp İsrail rejimi üçün bu addımı atdı. Bu da bizlərə, ABŞ rəhbərliyinin BMT və BMT Təhlükəsizlik Şurasının qərarlarını nəzərə almadığını sübut edir.

ABŞ bu qurumları öz maraqları istiqamətində istifadə edir, ancaq layihələrinə xidmət etmək mövzusunda uğursuz olması ilə isə heçə sayır. ABŞ-ın bu addımı, həmçinin beynəlxalq qurumların xalqların hüquqlarını qorumaq iqtidarında olmadığını da göstərir”.

ABŞ-ın Qolan təpələrində İsrail rejiminin suverenliyini tanımasına dair qərarının Ərəb-İsrail rejimi gərginliyində çox mühüm bir inkişaf olduğunu deyən Seyid Həsən Nəsrullah, belə danışıb: “Bütün ərəblər və müsəlmanlar Qolanın İsrail rejimi tərəfindən işğal edilməsi məsələsində həmfikirdir.

ABŞ rəhbərliyi və Tramp bütün beynəlxalq qanunları tapdaladılar. Tramp İsrail rejiminin üçün hamını heçə saydı. ABŞ rəhbərliyi BMT-ni, BMT Təhlükəsizlik Şurasını və ya beynəlxalq həlləri tanımır. Bu qurumları yalnız öz mənfəəti üçün istifadə edir”.

ABŞ-ın Fələstin-İsrail rejimi və İsrail rejimi ilə bağlı digər gərginliklərdə dürüst bir vasitəçi olmadığını iddia edən Seyid Həsən Nəsrullah, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə sükut etməyin ABŞ-ın regiona dair qeyri-qanuni addımlarına qapı açdığını söyləyib.

ABŞ-ı İsrail rejimi ilə birlikdə müharibə etməkdə günahlandıran və döyüş meydanlarından birinin də Livan olduğunu bildirən Seyid Həsən Nəsrullah, belə deyib:

“Şübhəsi olanlar da artıq Suriyanın Qolan təpələrini, livanlıların (İsrail rejiminin işğalı altındakı) Şeba fermaları və Kfarsoba təpələrini qorumaq üçün yeganə variantlarının müqavimət olduğuna inanmalıdır”.

Ərəb dünyasının ABŞ qərarlarına qarşı hərəkətə keçmə məsələsində uğursuz olduğunu iddia edən Seyid Həsən Nəsrullah, sözlərini belə davam etdirib:

“Ərəb dünyasının həqiqi reaksiyası Qüds üçün olmalı idi. Ərəb ölkələrindən İsrail rejiminə müharibə başlatmalarını istəmirəm. Ancaq Ərəb ölkələrinin bir az şərəfi qalıbsa, Tunisdə keçiriləcək Ərəb Birliyi sammitində 2002-ci ildə başladıqları İsrail rejimi ilə sülh təşəbbüsündən əl çəkməlidirlər”.

ABŞ-ın dövlət katibi Mayk Pompeonun keçən həftə Livana səfəri vaxtı açıqlamalarına da toxunan Seyid Həsən Nəsrullah, Pompeonun Hizbullaha qarşı mövqeyinin özlərini qürurlandırdığını qeyd edib.

Seyid Həsən Nəsrullah Pompeonun Livana səfərinin əsas məqsədinin livanlıları bir-birinə qarşı qızışdırmaq olduğunu deyib: “Böyük və ya kiçik şeytanların vəziyyətimizi manipulyasiya etmələrinə və bir daxili müharibənin qığılcımını yaratmalarına icazə verməyəcəyik. ABŞ Livanda bir daxili müharibə istəyir”.

ABŞ dövlət katibinin Beyruta etdiyi səfərdə istər rəsmi görüşlərdə, istərsə də mətbuata verdiyi açıqlamalarda Hizbullaha geniş yer ayırıb. İranı və Hizbullahı regiona və Livana təhdid kimi qiymətləndirən Pompeo livanlıların Hizbullaha qarşı hərəkətə keçməli olduğunu söyləyib.

Seyid Həsən Nəsrullah Pompeonun Hizbullaha geniş yer verdiyi çıxışlarında İsrail rejimindən bəhs etmədiyini bildirərək, ABŞ rəsmisinin İsrail rejiminin Livan torpaqlarını və suverenliyini hər gün pozduğunu demədiyini vurğulayıb.

ABŞ-ın regiona fəlakət yaydığını iddia edən Hizbullahın lideri, belə danışıb: “Livanda sülh və sabitliyin açar elementlərindən biriyik. Biz yerli sülh və sabitliyin altını minalayırıq?”.

ABŞ bir müddətdir İranın Livanı narkotik və çirkli pul transferi üçün istifadə etdiyini iddia edir. Bu iddialara da cavab verən Seyid Həsən Nəsrullah belə deyib: “İranın Livanı narkotik və çirkli pulları yumaq üçün istifadə etdiyinə dair dəlil göstərə bilərsinizmi?”




Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930