Seyid Həsən Nəsrullah: “Britaniyanın Hizbullah qərarı müharibə elandır”
Mьəllif: admin1
Tarix: 9-03-2019, 21:31
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: “Britaniyanın Hizbullah qərarı müharibə elandır”
Livanın Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah martın 8-i axşam çıxış edərək, Britaniyanın Hizbullah haqqında qərarının müharibə mənasına gəldiyini bildirib.

Deyerler.org Əl-Aləmə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah televiziya ilə çıxış edərək belə deyib: “Bəziləri sadəcə dostlarımız və varlı insanların müqavimətə dəstək verdiyini düşünür. Halbuki müqavimətin əsas himayəçisi xalqdır. Biz xalqın verdiyi dəstəkdən qürür duyuruq.

Terrorizmlə mübarizə sahəsində bir çox Livan vətəndaşının canı ilə, malı ilə müqavimət uğrunda mübarizəyə qoşulduqlarının şahidi olduq. Livan xalqı bu məsələdə əllərindən gəldiyi qədər bizə kömək etdi”.

Amerikanın Hizbullaha qarşı tətbiq etdiyi sanksiyalara da toxunan Seyid Həsən Nəsrullah, belə davam edib: “ABŞ gələcəkdə bu sanksiyaları bizə və dostlarımıza qarşı artıra bilər. Bu ana qədər bir çox sanksiya tətbiq ediblər. Bu üsulla bizi çətin vəziyyətdə qoymaq istəyirlər.

Günümüzdə hər ölkə özü üçün bir terror təşkilatı siyahısı hazırlamışdır. Demək ki gələcəkdə də bəzi terror təşkilatı siyahısı hazırlayaraq, Hizbulahı da siyahının içinə salacaqlar. Amma biz bu hiylələri puç edəcəyik.

Hazırki ABŞ hökuməti iqtidara gəldiyi vaxt regiona hakim olmaq üçün böyük bir layihəyə başladı. Ancaq Iraq, Livan, Fələstin və Suriyanın apardığı mübarizə bu layihəni uğursuzluğa düçar etdi.

İmperializm cəbhəsinə başçılıq edən ABŞ, 2011-ci ildən etibarən Suriya, Yəmən İraq və digər region ölkələrində xaos yaradıb sabitliklərini pozmaq üçün çalışır. Amma müqavimət qüvvələri onların bir çox planını pozmuşdur.

Britaniyanın bizi terror təşkilatları siyahısına salmasının səbəbi nail olduğumuz uğurlardır. Onlar bizim güclü bir mövqedə olduğumuzu çox yaxşı bilirlər. Hizbullahın terror təşkilatları siyahısına salınması və ya sanksiyalara məruz qalmasını “müharibə elanı” kimi qəbul edirik. Biz bu müharibədən qalib çıxacağıq”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930