40 min fələstinli Əl-Əqsa məscidində namaz qıldı
Mьəllif: admin1
Tarix: 26-04-2019, 21:09
Bцlmə: Xəbərlər
40 min fələstinli Əl-Əqsa məscidində namaz qıldı
Sionist İsrail rejimi qüvvələrinin bütün məhdudiyyətlərinə və Qüdsün Qədim şəhər bölgəsinə giriş-çıxışın bağlamasına baxmayaraq, bu gün (26 aprel) on minlərlə fələstinli cümə namazını Əl-Əqsa məscidində qılıb.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Qüds şəhərindən və ətrafından, 1948-ci ildə işğal edilən torpaqlardakı qəsəbələrdən təxminən 40 min insanın Əl-Əqsa məscidinə gəldiyi, İordan çayının qərb sahilindən də az sayda insanın cümə namazı üçün Əl-Əqsa məscidinə çatmağa müvəffəq olduğu qeyd edilib.

Sionist əsgərlərin yəhudi bayram günləri bəhanəsi ilə Qüdsün Qədim şəhər bölgəsinə giriş-çıxışı bağlaması səbəbindən nəqliyyatda böyük sıxlıq yaranıb.

Fələstinli mənbələr sionist əsgərlərin Qüds şəhərinin mərkəzində, Qədim şəhər bölgəsində və ətrafında təhlükəsizlik tədbirlərini gücləndirdiyini deyib.

Əsgərlərin bir çox yolu dəmir barrikadalarla bağladığı, xüsusilə Əl-Amud qapısı rayonundan keçən və Əl-Əqsa məscidi qapılarına gedib çıxan Əl-Vəd küçəsində patrul çəkdiyi qeyd olunub.

Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930