Əl-Əzhər Universiteti Əqsa məscidilə bağlı bəyanat yayıb
Mьəllif: admin1
Tarix: 22-02-2019, 11:42
Bцlmə: Xəbərlər
Əl-Əzhər Universiteti Əqsa məscidilə bağlı bəyanat yayıb
Misirin ən böyük dini elmlər mərkəzi olan əl-Əzhər Universiteti işğalçı İsrail rejiminin Əqsa məscidini qapaması və burada ibadət edənlərə qarşı zorakı əməllərini tənqid edən bəyanat yayıb.

Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, əl-Əzhər Universitetinin bəyanatında deyilir: "Bu təhlükəli gedişat İsrailin bölgədə yeni ab-hava yaratmaq, Qüdsün və Əqsa məscidinin islami kimliyini dəyişmək kimi mənfur məqsədlərə xidmət edir".

Dini mərkəz Qüdsdəki Fələstin xalqının qətiyyətini, onların azadlıq və şərəf uğrunda cəsarətli mübarizəsini alqışlayıb.

Universitet, həmçinin beynəlxalq ictimaiyyətə də səslənərək öz borcunu yerinə yetirməyə və beynəlxalq hüququn tələblərinə riayət etməsi üçün İsrail rejiminə təzyiq göstərməyə çağırıb.

Qeyd edək ki, Fələstinlilər işğal olunmuş Şərqi Qüdsün Qədim Şəhər bölgəsində yerləşən Məscidi Əqsada bazar ertəsi günündən başladıqları növbəçiliyi hələ də davam etdirirlər.

İsrail rejimi polisinin bazar günü Məscidi Əqsanın 2003-cü ildən bu yana giriş-çıxışları bağlı saxlanılan şərq qala divarlarındakı "Rəhmət qapısı"na enən pilləkənlərin qarşısındakı qapıya zəncir vurmasına fələstinlilər etiraz ediblər.

"Rəhmət qapısı" yaxınlığında toplaşan çoxlu sayda fələstinli şam namazını qıldıqdan sonra marşlar oxuyublar.

Fələstinlilər sübh namazından şam namazına kimi "Rəhmət qapısı" önündə növbədə dururlar.

Dünən İsrail polisi növbə çəkən fələstinlilərə hücum edərək bir çox adamı yaralamış, 19 nəfəri isə həbs etmişdi.

İşğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidi Əqsa müsəlmanların ilk qibləsi olub.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930