Qüdsün azadlığı intifadasının ikinci həftəsi: 10 şəhid, 3 mindən çox yaralı
Mьəllif: admin1
Tarix: 17-12-2017, 10:19
Bцlmə: Xəbərlər
Qüdsün azadlığı intifadasının ikinci həftəsi: 10 şəhid, 3 mindən çox yaralı
ABŞ prezidenti Donald Trampın Qüdsü sionist İsrail rejiminin paytaxtı kimi tanımasına etiraz etmək üçün dekabrın 15-i Fələstinin hər yerində işğalçı sionist qüvvələrinə qarşı baş verən toqquşmalarda 4 fələstinli şəhid olub, 560 nəfər isə yaralanıb.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra Yasin Sukər ilə 2008-ci ildə İsrail rejiminə qarşı müharibədə iki ayağını itirən İbrahim Əbu Surəyya Qəzzanın şərqində baş verən toqquşmalarda sionist əsgərlərin açdığı atəş nəticəsində həlak olduğunu bildirib.

Qüdsün Anata kəndində keçirilən etiraz aksiyalarında sionist əsgərlərin atəş açması nəticəsində Basil Mustafa İsmayıl sinəsindən aldığı güllə yarası ilə, Məhəmməd Əmin Əqil isə Əl-Birəyə yaxın məntəqədə sionist əsgərlərə hücum edəndə şəhid olub.

Səhiyyə Nazirliyi toqquşmalarda 367 yaralıya xəstəxanalarda yardım edildiyini açıqlayıb. Bundan başqa, yaralılardan 103-nün sionist əsgərlərin güllələri ilə yaralandığı və 264 nəfərin isə qaz bombasından boğulma təhlükəsi ilə üzləşdiyi bildirilib. 7 nəfərin vəziyyətinin isə ağır olduğu vurğulanıb.

Fələstinin Qızıl Aypara Cəmiyyəti İordan çayının qərb sahili və Qəzzada 560 nəfərin yaralandığını, 24-ü həqiqi güllə, 75-i plastik güllə, 227-si qaz nəticəsində, 14-ü isə müxtəlif formada olmaqla 340 nəfərin yaralandığını, Qəzzada isə 89-u həqiqi güllə ilə olmaqla 220 nəfərin yaralandığını qeyd edib.

Dünən işğal altındakı Qüds, İordan çayının qərb sahili və Qəzzanın 43 bölgəsində qarşıdurmalar baş verib. İki həftəlik Qüdsün Azadlığı İntifadasında 10 nəfər şəhid olub, 3 mindən çox insan da yaralanıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930