16 il sonra fələstinlilər Əl-Əqsanın Rəhmət qapısında namaz qıldı
Mьəllif: admin1
Tarix: 22-02-2019, 21:28
Bцlmə: Xəbərlər
16 il sonra fələstinlilər Əl-Əqsanın Rəhmət qapısında namaz qıldı
Fələstinlilər İsrail rejiminin polisi tərəfindən 2003-cü ildə bağlanılan Əl-Əqsa məscidinin Rəhmət qapısında cümə namazı qılıblar.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Qüds İslami Fondlar İdarəsindən verilən yazılı açıqlamada, İsrail rejiminin polisi tərəfindən 2003-cü ildə bağlanılan Əl-Əqsa məscidinin Rəhmət qapısının açıldığı və yüzlərlə fələstinlinin cümə namazını burada əda etdiyi qeyd olunub.

Açıqlamada İsrail rejiminin razılığı olmadan Rəhmət qapısının Qüds Ali İslami Fondlar Şurasının sədri Şeyx Əbdüləzim Səlhəb tərəfindən açıldığı qeyd edilib.

Ərazidə qılınan cümə namazından sonra, toplaşan müsəlmanlar Fələstin bayrağı qaldıraraq, İsrail rejiminə qarşı şüarlar səsləndiriblər.

Rəhmət qapısının fələstinlilər tərəfindən açılması ilə bağlı İsrail rejimindən hələ bir açıqlama verilməyib.

Digər tərəfdən, Əl-Əqsa məscidində oxunan cümə xütbəsində, hər gün İsrail rejiminin qüvvələrinin pozuntularına məruz qalan məscidin təhlükədə olduğu bildirilərək, Əl-Əqsa məscidinin bölünməz olduğu vurğulanıb.

Cümə xütbəsini oxuyan Qüds Ali İslam Heyətinin sədri və keçmiş Qüds-Fələstin müftisi Şeyx İkrimə Sabri, Hərəmi Şərifin Burak (Ağlama) divarı və Rəhmət qapısının bölünməz olduğunu və yalnız müsəlmanlara aid olduğunu bildirib.

O, İsrail rejiminin Hərəmi Şərifdə hər hansı bir nüfuzunun olmadığını və İsrail rejiminin bu müqəddəs məkana qarşı hücumlarının yolverilməz olduğunu qeyd edib.

“ƏL-Əqsa Allahın yer üzündəki ən mühüm məscidlərindən biridir. Bura bölünməz bir bütövdür və burada yalnız İslamın qanunları keçərlidir”, - deyə o, bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930