Britaniyalı uşaq bütün Qurani Kərimi hifz etdi
Mьəllif: admin1
Tarix: 31-01-2019, 20:17
Bцlmə: Xəbərlər
Britaniyalı uşaq bütün Qurani Kərimi hifz etdi
Əslən misirli olan britaniyalı Yusif, bacısından sonra, iki il ərzində Qurani Kərimi hifz edərək, anasının arzusunu həyata keçirmişdir.

"Deyerler.org"un "iqnanews.ru" agentliyinə istinadən verdiyi xəbərə görə, İngiltərənin Luton şəhərində yaşayan Yusif Aslam, iki il ərzində Qurani Kərimi hifs etməyə müvəffəq olmuşdur.

Yusifin böyük bacısı da, Yusifin yaşında ikən Qurani Kərimi hifs etmişdir. Beləliklə anaları hafiz uşaqların valideyni olmaq arzusuna çatmışdır. Yusifin anasını dediklərinə görə, o, uşaqlarına xatir işləməkdən imtina edərək, İslam qaydalarına uyğun uşaqlarının təlim tərbiyəsi ilə məşqul olmağa başlayıb.

Anası, Yusifin hətda yuxuda belə qurana qulaq asdığını deyir. Quran təlim dərlərini bitirdikdən sonra valideynləri onu Ümrə ziyarətinə göndərəcəlkərinə söz verib.

Yusifin anası sözlərinin sonunda valideyinlərə müraciət edərək bildirmişdir ki, "Uşaqlarının Qurani Kərimi öyrənərkən, onun dərhal yadda qalmamasından narahat olmasınlar.

Onlar bunun bəhrəsini bir aydan sonra görəcəklər. Bu müddətdən sonra uşaqlara ayələri yadda saxlamaq asand olur, onlar gündə bir-neçə ayəni hifz edə biləcəklər".

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031