Misirli xəttat dünyanın ən böyük Qurani-Kərimini yazır
Mьəllif: admin1
Tarix: 6-05-2018, 09:21
Bцlmə: Xəbərlər
Misirli xəttat dünyanın ən böyük Qurani-Kərimini yazır
Misirin Vəqflər Nazirliyinin 41 yaşlı xəttatı Məhəmməd Əbdül Səttar Ginnes Rekordlar kitabına düşməsi üçün dünyanın ən böyük Qurani-Kərimini yazmağa başlayıb.

Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, Məhəmməd Əbdül Səttar bu işini həyata keçirmək üçün keçən ilin mart ayının 1-dən etibarən Qurani-Kərimi yazmağa başlayıb və bu barədə belə danışdı:

“Məqsədim ən böyük Qurani-Kərimin xəttatlıq sənətilə yazılmasıdır. Xüsusilə xəttatlıq sənəti ilə bir çox dərslər almışam. Bu fikri həyata keçirmək üçün böyük bir yer seçmək də daxil olmaqla bir çox problem və çətinliklə qarşılaşdım. Daxəliyə şəhərinin ən böyük məscidinə yerləşdim. Bu Quranın hər səhifəsinin uzunluğu 9 metr və eni 6 metrdir”.

O, keçən ilin mart ayının 1-də Qurani-Kərimi yazılması işinə başladığını və artıq yarısını başa çatdırdığını bildirib. “Bu Quran qara parça üzərində yazılır, Quranın yarısını əhatə edən hər səhifədə 44 sətir var və hər sətrin yazılışı yarım saat çəkir”.

Hazırda Ginnes Rekordlar kitabına düşmüş ən böyük Qurani-Kərimi kitabı Birləşmiş Ərəb Əmirliklərinin Vəqflər Nazirliyi tərəfindən çap olunmuşdur.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930