7 yaşlı iranlı qız 18 ay ərzində Quran hafizi oldu
Mьəllif: admin1
Tarix: 12-06-2018, 22:35
Bцlmə: Xəbərlər
7 yaşlı iranlı qız 18 ay ərzində Quran hafizi oldu
7 yaşlı Zeha Meyvənd 18 ay ərzində Qurani-Kərimi tamamilə hifz edərək, Quran hafizi olub.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Şəhri Reydəki Əbdüləzim Quran kursunda təhsil alan Meyvənd, hər dövrdə 5 cüz hifz etməyə nail olaraq, 18 ayda bütün Qurani Kərimi hifz edə bilib. Yaşıdları isə, hər dövrdə 1.5 - 2 cüz (hissə) hifz edə bilirdi.

Əbdüləzim Quran kursunda son 10 il ərzində 234 nəfər Quran hafizi adına layiq görülüb. Bunlardan 184-ü qadın və 50-si kişilərdən ibarətdir.

Mərkəzdə ildə 1800 tələbə təhsil alır və Quran hafizi adını qazananlar təhsillərinin sonunda kursda müəllim kimi işləmək imkanına malik olurlar.

Zehanın anası İRNA-ya açıqlama verərək, qızının 2 yaşından bəri hər gün Qurani Kərimdən bir ayəni öyrəndiyini söyləyib və bu bacarığına görə, Zehanın Quran kursunda daha yaxşı təhsil ala bilməsi üçün yaşadıqları şəhəri dəyişdirdiklərini deyib.

Zehanın ayələrin əvvəl farsca tərcüməsini, daha sonra ərəbcə hifz etdiyini qeyd edən anası, buna görə də 7 yaşlı Zehanın ərəbcə dil qaydalarını və ayələrin mənasını yaxşı dərəcədə bildiyini söyləyib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930