Düşünənlər üçün “10 years challenge?” ŞƏRHİ
Mьəllif: admin1
Tarix: 19-01-2019, 10:36
Bцlmə: Xəbərlər
Düşünənlər üçün “10 years challenge?” ŞƏRHİ
Son günlər sosial mediada "10 years challenge" həşteqilə edilən paylaşımlar ciddi maraq görür. Bəs nədir bu "10 years challenge?"

İslamazeri.com "Milli Gazete"yə istinadən xəbər verir ki, məşhur şəxs və fenomenlərin sosial media üzərindən etdiyi paylaşımlardan sonra diqqət çəkən "10 years challenge", son günlərdə internet məkanında populyar mövzular arasında yer alır.

İdmançılar, sənətçilər və aktyorların #10yearschallenge həşteqilə etdiyi paylaşımlar, qısa müddətdə yayılaraq 1 milyona yaxın statusa çatıb.

Paylaşımçılar 10 illik zaman ərzində yaşadıqları dəyişikliyi sosial media üzərindən paylaşaraq fiziki dəyişikliklərini göstərirlər.

10 İLDƏ ÜMMƏT COĞRAFİYASI YERLƏ BİR EDİLDİ

"10 years challenge" sosial mediada gündəm olarkən, İslam coğrafiyasının son 10 ildə yaşadığı maddi və mənəvi dəyişikliyi də ağıllara gətirdi.

Suriya, Liviya, Yəmən, İraq, Əfqanıstan, Misir, Şərqi Türküstan, Arakan və daha bir çoxları son 10 ildə ya dağılıb, ya da dağılmaqdan betər edilib.

Bəzi sosial media istifadəçiləri isə, öz şəkilləri əvəzinə, İslam məkanlarındakı 10 illik tənəzzülə diqqət çəkmək üçün əvvəlki və sonrakı şəkillərini paylaşaraq zülmü eşitdirməyə çalışıb.
Oxşar xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930