İtaliyada hicabını açmaqdan imtina edən vəkil xanım sosial mediada gündəm olub
Mьəllif: admin1
Tarix: 18-01-2018, 14:31
Bцlmə: Xəbərlər
İtaliyada hicabını açmaqdan imtina edən vəkil xanım sosial mediada gündəm olub
İtaliyada vəkilliklə məşğul olan müsəlman bir xanım məhkəmə zalında hakimin etirazı ilə qarşılaşıb.

İslaminSesi BBC-ə istinadən bildirir ki, Bologna şəhərində Bölgə idarə məhkəməsində dünən səhər bir məhkəmə prossesində iştirak edən 25 yaşlı Əsmae Belfakir hakimin etirazı ilə qarşılaşıb. Hakim Giancarlo Mozzarelli ondan ya hicabını açmasını, ya da məhkəmə zalını tərk etməsini tələb edib. Belfakir hicabı açmaq tələbini rədd dərək məhkəmə zalını tərk edib.

İtaliyanın xəbər agentliyi AGI-ə müsahibə verən Belfakir bildirib ki, belə bir hadisə ilk dəfədir ki, başına gəlir. Dəfələrlə hətta ali məhkəmədə belə prosseslərdə iştirak etdiyini vurğulayan Əsmae heç kimin indiyə kimi onun hicabına etiraz etmədiyini deyib. "Hakim hansısa qanunu pozduğumudan bəhs etmədi, sadəcə olaraq dedi ki, mədəniyyətimiz və adətlərimizə hörmətlə əlaqəli bir məsələdir".

Məhkəmə zalında yaşanan bu hadisə sosial şəbəkədə geniş müzakirə olunub. Kimiləri hakimə haqq verib, kimiləri isə vəkilin öz dini inancının tələbini yerinə yetirməyə borclu olduğunu müdafiə ediblər.

Vəkilə dəstək verənlər "Rahibəni də məhkəmə zalından qovarlar?"-deyə sual veriblər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930