TBİLİSİDƏ “MEDİA VƏ DİNİ TƏLİM” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
Mьəllif: admin1
Tarix: 29-03-2018, 22:00
Bцlmə: Xəbərlər
TBİLİSİDƏ “MEDİA VƏ DİNİ TƏLİM” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
Ahlibeyt.ge xəbər verir ki, ötən gün “Muslimmedia” İnternet televiziyasının üç illiyi münasibəti ilə Tbilisidə yerləşən M.F.Axundovun ev muzeyində “Media və dini təlim” mövzusunda seminar keçirilib.

İnternet TV əməkdaşlarının, din və ictimaiyyət xadimlərinin iştirak etdiyi seminarda informasiya cəmiyyətinin inkişafında və mədəni tərəqqi və maarifləndirmə sahəsində İnternet TV-nin təsiri, ondan düzgün və təhlükəsiz istifadə, Dünyada internetdən istifadə sahələrinin statistikası və s. mövzularda çıxışlar edilib. Müsbət media haqqında fikir mübadiləsi aparıblar.

Sonda Muslimmedia TVnin verlişlərində iştirak edənlərə Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən hədiyyələr təqdim olundu. Dini İdarənin şeyxi Hacı Ramin İgidov öncə TV-nin rəhbəri Məşədi Vidadi Qurbanova və əməkdaşı Əli Abbas müəllimə və verlişlərin hazırlanmasında zəhməti olan ruhani bacı və qardaşlara təşəkkür etdi.

O, İnternet TV-nin bir üç il müddətində hazırladığı dini, mənəvi verilişlərin xalqımızın ənənəvi İslamla bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı dinimizin ehkam, əqidə və əxlaqi dəyərləri ilə tanış etdiyini bildirdi.

Qeyd edək ki, Muslimmedia Tv www.muslimmedia.ge saytı, Youtube portalı və və sosial şəbəkələr vasitəsilə paylaşılır. 2015-ci ilin mart ayında yayıma başlayan televizyada artıq 700-dən çox verliş hazırlayaraq tamaşaçıların ixtiyarına verilib. Ötən illərdə TVdə hazırlanan bir çox verilişlər müəyyən Tvlər vasitəsi ilə də efirə verilmişdir.


TBİLİSİDƏ “MEDİA VƏ DİNİ TƏLİM” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
TBİLİSİDƏ “MEDİA VƏ DİNİ TƏLİM” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
TBİLİSİDƏ “MEDİA VƏ DİNİ TƏLİM” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
TBİLİSİDƏ “MEDİA VƏ DİNİ TƏLİM” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930