MUSLİMMEDİA İNTERNET TELEVİZİYASININ 1 YAŞI QEYD OLUNDU
Mьəllif: admin1
Tarix: 16-03-2016, 21:06
MUSLİMMEDİA İNTERNET TELEVİZİYASININ 1 YAŞI QEYD OLUNDU
Ahlibeyt.ge xəbər verir ki, bu gün Muslimmedia internet televiziyasının 1 yaşı televizya əməkdaşlarının iştirakı ilə qeyd olunub. Tədbirdə BGMİnin şeyxi, TVnin rəhbəri və verlişlərin hazırlanmasında zəhməti olan şəxslər iştirak edib. İnternet TVnin bir il müddətində hazırladığı dini, mənəvi verilişlər xalqımızın ənənəvi İslamla bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı dinimizin ehkam, əqidə və əxlaqi dəyərləri ilə tanış etmişdir. “Haqqa doğru”, “Haqqa sarı”, “İslamda ailə”, “Mizanul-hikmə”, “Hikmətli kəlamlar” və “Dahilərin həyatı” adılı verilişlərdə din, elm və ədəbiyyat adamları iştirak edərək gözəl və sadə bəyanları ilə xalqımızın maariflənməsinə səbəb olmuşlar.
Tədbirdə çağdaş dünyada ictimaiyyətin formalaşmasında İnternet Tvnin təsiri və rolu haqda söhbətlər edilmiş, TVnin uğuru və inkişafı haqda fikirlər söylənildi. Sonda TVnin 25 nəfərdən ibarət əməkdaşlarına Təşəkkürnamə ilə birgə hədiyyələr təqdim olundu.
Qeyd edək ki, Muslimmedia tv www.muslimmedia.ge saytı, Youtube portalı və və sosial şəbəkələr vasitəsilə paylaşılır. Ötən ilin mart ayında yayıma başlayan televizyada artıq 240 verliş tamaşaçıların ixtiyarına verilib. TVdə hazırlanan bir çox verilişlər Kanal 12 vasitəsi ilə də efirə verilmişdir.

MUSLİMMEDİA İNTERNET TELEVİZİYASININ 1 YAŞI QEYD OLUNDUMUSLİMMEDİA İNTERNET TELEVİZİYASININ 1 YAŞI QEYD OLUNDUMUSLİMMEDİA İNTERNET TELEVİZİYASININ 1 YAŞI QEYD OLUNDUMUSLİMMEDİA İNTERNET TELEVİZİYASININ 1 YAŞI QEYD OLUNDU

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930