Əllamə Amulinin sosial şəbəkələrdən istifadə edən möminlərə tövsiyəsi
Mьəllif: admin1
Tarix: 21-12-2019, 10:59
Əllamə Amulinin sosial şəbəkələrdən istifadə edən möminlərə tövsiyəsi
Əllamə Həsənzadə Amuli də öz növbəsində sosial şəbəkələrin bizdən aldığı vaxt, bizi sürüklədiyi arzuolunmaz vəziyyətlə bağlı xəbərdarlıq edir.

Kütləvi İnformasiya Vasitələrinin çeşidləri gündən günə artır. Bu vasitələr dünya ictimaiyyətinin fərdlərinin bir-birinin vəziyyətindən daha tez xəbərdar olmağa daha çox yardım gösrətir. Sosial şəbəkələr son illərdə KİV-in ən prespektivlisinə çevrilib.

Alimlər dini maarifin bu yolla çatdırılmasının əlverişli olduğunu bildirsələr də onların afətləri barədə də xəbərdarlıq ediblər. Məsələn Ayətullah Xamenei söhbətlərinin birində internet və sosial şəbəkələrdən istifadə etməyən və ya edə bilməyən din təbliğatçılarını qınayıb. Ayətullah Xamenei dinin inkişafı üçün bu böyük və əhəmiyyətli resurslardan faydalanmağı tövsiyə edib.

Əllamə Həsənzadə Amuli də öz növbəsində sosial şəbəkələrin bizdən aldığı vaxt, bizi sürüklədiyi arzuolunmaz vəziyyətlə bağlı xəbərdarlıq edir.

Əllamə Həsənzadə Amulid sosial şəbəkə istifadəçiləri olan möminlərə belə tövsiyələr verir:

1- Dini, ibadətləri, müqəddəsləri, millətləri, irqləri alçaldan və onları məsxərə edən paylaşımlar etməyin.

2- Şayiələrin, iftiraların və yalan-yanlış məlumatların mənbəyi olmayın. Bir xəbəri bir sözü, bir hədisi və ya bir rəvayəti paylaşmadan öncə doğruluğundan əmin olun.

3- Çalışın ki paylaşımlarınız islamın əleyhinə deyil, lehinə xidmət etsin.

4- Ən əsası xeyirə açar, şərrə qıfıl istiqamətində fəaliyyət göstərin.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031