Ayətullah İsa Qasım Londonda gözlərindən əməliyyat olundu
Mьəllif: admin1
Tarix: 29-09-2018, 21:37
Bцlmə: Xəbərlər
Ayətullah İsa Qasım Londonda gözlərindən əməliyyat olundu
Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasım sentyabrın 27-si axşam London xəstəxanasında gözlərindən əməliyyat olunub.

Deyerler.org LualuaTV-yə istinadən xəbər verir ki, Ayətullah İsa Qasımın sağlamlığına nəzarət etmək üçün vəzifələndirilən qrupun sözlərinə görə, sonuncu əməliyyat hər iki gözündə digər əməliyyatların davamı olacaq.

Həkimlər hələ də Ayətullah İsa Qasımın vəziyyəti və 80 yaşlı alim üçün hansı müalicənin olunması barədə ətraflı məlumat verməyib.

Keçən ay xəstəxanadan buraxılan alimin müayinəsi üçün müntəzəm xəstəxanaya baş çəkməsi tələb olunmuşdu.

İyulun 9-da Bəhreyndən çıxmasına icazə verilən Ayətullah İsa Qasımın Londonda özəl bir xəstəxanaya yerləşdirildiyi açıqlanmışdı.

2016-cı ildə Ali Xəlifə rejimi tərəfindən vətəndaşlıqdan məhrum edilən Ayətullah İsa Qasımın şəxsiyyət vəsiqəsi və pasportu da ləğv edilmişdir.

Bəhreyndə Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasımın bir növ xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilmişdi.
Oxşar xəbərlər
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930